Cavid Qurbanovun yerinə gələn kimdir? - DOSYE
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən Cavid Qurbanovun əvvəlki vəzifəsini - Azərbaycan Dəmir Yolları QSC sədrliyini onun müavini Hicran Qardaşxan oğlu Valehovun icra etməsi ilə bağlı məlumat yayılıb.
Oxu.Az həmin şəxsin dosyesini təqdim edir:
Valehov Hicran Qardaşxan oğlu 1968-ci ildə anadan olub. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib və texniki elmlər namizədidir.
O, 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, "Azəravtoyol" Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, "Elm-İstehsalat Mərkəzi" və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentində müxtəlif vəzifələrdə çalışıb.
2007-2015-ci illərdə isə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.
H.Valehov 2015-2016-cı illərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
2016-cı ildən etibarən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
"Tərəqqi" medalı, "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)" Azərbaycan Respublikasının yubiley medalı və "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.
Qeyd edək ki, H.Valehov ailəlidir, iki övladı var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR