Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"
"Hesab edirəm ki, bu gün daha iki nümunə var. Bu da təvazökarlıqdan kənar olsa da, mənim qardaşımla (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəzərdə tutulur - "Report") mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq".
Sonxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "TEKNOFEST Azərbaycan" Festivalında çıxışı zamanı deyib.
"Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi də gücləndirir. Biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı ilk növbədə Prezident Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim.
Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır. Bir daha əziz qardaşım Ərdoğanı və Türkiyədən gələn dostlarımıza, qardaşlarımıza, bacılarımıza bayram günündə bizimlə bərabər olduqlarına görə təşəkkürümü bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Yaşasın Türkiyə- Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
Prezidentin gəlinindən zərif - Fotolar
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Avstraliyanın sirri: Quru çölün ortasındakı yollarda niyə iki metrlik xətkeşlər var?
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Leysan yağacaq, dolu düşəcək
Arzum məhkəmə zalında həbs edildi - Video
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman
Dünyanın ən güclü 10 pasportu - SİYAHI
Şamda qadın turist küçədə gəzərkən bir qrup kişinin təcavüzünə məruz qalıb - VİDEO
AAYDA-nın bu idarələri ləğv olundu (SİYAHI)
Qanalı məşhur şaman bu dəfə Dünya Kubokunun qalibini açıqladı
SEA BREEZE-də CASPIAN MOTOR SHOW keçirildi