Zelenski: "Rusiya işğalından bir il əvvəl bizə insanları təxliyə etmək təklif olunurdu"

Zelenski: "Rusiya işğalından bir il əvvəl bizə insanları təxliyə etmək təklif olunurdu"Rusiyanın Ukraynaya müdaxiləsindən bir il əvvəl Zelenskiyə insanları təxliyə etmək təklif edilib. Ukrayna İnformasiya Agentliyinin verdiyi məlumata görə, bu barədə Prezident Volodimir Zelenski NOS-a müsahibəsində danışıb.

"Birincisi, ölkəmiz hazırlaşırdı. Biz bilirdik ki, bu (tammiqyaslı işğal) hər an baş verə bilər. Bizə təklif olunan yol həyəcan təbilini çalmaq, səngərlər qazmaq, insanları ölkədən çıxarmaq idi və bunu işğaldan bir il əvvəl etmək lazım idi. Düşünürəm ki, bu yol səhv idi, çünki cəmiyyətimizdə çaxnaşma yaratmağa ehtiyac yox idi", – deyə Ukrayna lideri qeyd edib.

Zelenski hesab edir ki, insanlara genişmiqyaslı müharibənin başlaması haqqında bir il əvvəldən xəbərdarlıq edilməsi büdcəyə və iqtisadiyyata zərbə vura bilərdi.

"Çünki bütün bunlar maliyyə vəziyyətimizə, büdcəmizə və iqtisadiyyatımıza zərbə vurur. Biz bunu indi – işğal başlayanda daha aydın başa düşürük . Bütün bu addımlar dövlətimizlə birlikdə atılıb. Bizim minimum mənfi beş milyard büdcə kəsirimiz var. Və bu kəsir martda başladı. Amma bir il əvvəl kampaniyaya başlasaydıq, iqtisadiyyatımız artıq mövcud olmayacaqdı və bizim üçün çox çətin olacaqdı. Biz başa düşürdük ki, valyutamızın məzənnəsi necə olacaq və bunun əhali, biznes üzərində təsiri necə olacaq. Mən hesab edirəm ki, bunlar çox böyük risklər idi", – deyə dövlət başçısı qeyd edib.

Prezident eyni zamanda ordunun bütün bu müddət ərzində hazırlaşdığını və Rusiyanın işğalına hazır olduğunu da vurğulayıb.

"Ordumuza gəlincə, ordu hazır idi. Bunu da göstərdi", – deyə Zelenski əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1070   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Atlantik okeana da adını vermək istəyib - "Google" "yox" deyib

ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını "Tramp okeanı" ilə dəyişdirmək istədiyini, lakin "Google" şirkətinin baş direktoru Sundar Piçainin bu təklifi rədd etdiyini bildirib. "Qafqazinfo"nun məlumatına görə, Tramp coğrafi adlarla bağlı təşəbbüslərindən danışarkə

22 oktyabr
.

Rusiya Kiyevə 21 ballistik raket atdı

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur

23 oktyabr
.

Rusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i

22 oktyabr
.

ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır? - Gecə baş verən insidentlər və Qərb mediasının son məlumatları

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq üçün planlar hazırladığı bildirilir. "The New York Times" qəzetinin məlumatına görə, mümkün hücumların noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra həyata keçirilməsi nəzərdən keçirilir. Bununla yanaşı, Hörmü

22 oktyabr
.

Kallas: Rusiyanın Qara dənizdə gəmiçiliyə hücumları qlobal ərzaq təhlükəsizliyini təhdid edir

Rusiyanın Qara dənizdə gəmiçiliyə qarşı artan hücumları regional və qlobal ərzaq təhlükəsizliyinə təhlükə yaradır. APA xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku ilə telefon danışığı zaman

22 oktyabr
.

ABŞ-İran münaqişəsi 2027-ci ilin əvvəlinə qədər səngiyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ ilə İran arasındakı müharibənin 2027-ci ilin əvvəlinə qədər səngiyəcəyini və enerji ticarətinin il ərzində tənzimlənəcəyini təxmin edir. xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi inkişaf perspektivləri ilə bağlı müntəzəm hesabatında deyilir

22 oktyabr
.

Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq

ABŞ sanksiyaları altında olan Rusiya-Serbiya şirkəti "Serbiya Neft Sənayesi"nin (NIS) səhmlərinin nəzarət zərfinin Macarıstanın neft-qaz şirkəti MOL-a satılması haqqında müqavilə imzalanıb. "Report" xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin birinci müavini və maliyyə nazir

21 oktyabr
.

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind

23 oktyabr
.

ABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam

23 oktyabr