"NATO Rusiyaya qarşı müharibəyə girəcək"

"NATO Rusiyaya qarşı müharibəyə girəcək""NATO heç bir halda müharibənin Ukraynanın hüdudlarından kənara çıxmasını istəmir"

"Putin Belarus ərazisindən Avropaya nüvə zərbəsi endirilməsi planı üzərində işləyir"

"Putin Moldovaya qarşı hərbi əməliyyatlara və Belarusda nüvə silahı yerləşdirməyə başlayacağı andan NATO Rusiyaya qarşı müharibəyə girəcək"

"Rusiya SSRİ kimi Avropada təsirinin bərpasını düşünür və Şərqi Avropanın Almaniya sərhədlərinədək ona verilməsini tələb edir"

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı aqressiv hərəkətləri NATO- nun Rusiyaya qarşı müharibəyə girməsinə gətirib çıxaracaq.

Bu fikirlə "QORDON" internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində rusiyaəsilli amerikalı tarixçi Yuri Felştinski çıxış edib.

"Mən hadisələrin sürətlə inkişafını və NATO- nun Ukraynaya silah və pul yardımı göstərən ayrıca götürülən dövlətlər kimi deyil, bir alyans kimi bu müharibəyə girəcəyini görürəm", o, belə deyib.

Tarixçinin sözlərinə görə, o, alyansın Rusiyaya qarşı müharibəyə girəcəyinə əmindir, çünki Putin NATO- ya başqa çıxış yolu saxlamayacaq".

"Ona görə yox ki, NATO bu müharibəyə girmək istəyir, yox. NATO bu müharibənin heç bir halda Ukraynanın hüdudlarından kənara çıxmamasını arzu edir", - Felştinski vurğulayıb.

O, izah edib ki, "Putin Moldovaya qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə" alyans Rusiyaya qarşı müharibəyə girə bilər.

Onun sözlərinə görə, Putin Moldovanı, Belarusu, Baltikyanı ölkələri zəbt etmək, həm də Polşanın, Çexiyanın və Slovakiyanın NATO- dan çıxmasını istəyir. Bütün bunlar Rusiyanın SSRİ kimi Avropada təsirinin bərpası üçün lazımdır.

"Düşünürəm ki, hamıya tamamilə aydındır: Putin rejimi ilə heç bir şey barədə razılığa gəlmək olmaz. Elə 1 sentyabr 1939- cu ildə Hitlerlə heç bir şey haqqında razılığa gəlmək mümkün olmadığı kimi. Danışıqlar və müzakirələr zamanı keçib. Ona görə yox ki, Qərb və NATO danışmaq istəmir, ona görə ki, danışmağa bir şey qalmayıb", o, belə deyib.

Onun sözlərinə görə, Putin Şərqi Avropanın Almaniya sərhədlərinədək ona verilməsini tələb edir.

"Ukraynadan başqa, o, Sovet İttifaqının tərkibinə və Varşava Müqavilə səviyyəsində sovet təsir zonasına daxil olanları ələ keçirmək istəyir...

Putin Ukraynanı, Moldovanı, artıq ələ keçirdiyi Belarusu, üç Baltikyanı respublikaları götürmək istəyir. Daha sonra o, Polşanın, Çexiyanın və Slovakiyanın NATO- dan çıxmasını istəyir. Və bununla da Rusiyanın Avropada Sovet İttifaqının malik olduğu təsirini bərpa etmək istəyir.

Felştinski hesab edir ki, Putin Belarus ərazisindən Avropaya nüvə zərbəsi endirilməsi planı üzərində işləyir.

"Düşünürəm ki, indiyədək Belarusun Rusiya tərəfindən formal- hüquqi cəhətdən ilhaq edilməməsinin səbəbi odur ki, Putin Belarusu formal müstəqil dövlət kimi saxlayaraq, oraya nüvə silahı yerləşdirməyə və Belarus ərazisindən Avropaya nüvə hücumu endirməyə, nəticədə cavab tədbirlərinin təkcə Rusiyaya deyil, Belarus üzərinə də endirilməsinə bel bağlayır. Bunu etmək isə çox çətin olacaq, çünki Belarus Avropaya pərçimlənib və bu zərbələr radiasiyanın Belarusun hüdudlarından kənara yayılmasına gətirib çıxara bilər", - o, belə deyib.

Jurnalistin Lukaşenkonun buna gedib- getməyəcəyi barədə sualına cavabında o, deyib:

"O, artıq öz ölkəsinin nüvəsiz statusundan çıxmasına qərar verib. O, bunu nədən edib? Mənə elə gəlir ki, bunu o, müəyyən niyyətlə edib. Lukaşenko burada müstəqil rola və səsə malik deyil", - Felştinski deyib.

Onun sözlərinə görə, Rusiya nüvə silahını Belarusa yerləşdirməyə başlayandan dərhal sonra NATO Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə girəcək.

O, hesab edir ki, Rusiya üç Avropa ölkəsinə- Ukraynaya, Polşaya və ya Litvaya zərbələr endirə bilər və bunu Rusiya və Belarusdan səsləndirilən bəyanatlar sübut edir.

"Martın 6- da SİTA agentliyi 2014- cü ildən Ukraynanın nüvə silahı üzərində işləməsi ilə bağlı Rusiya rəhbərliyində məlumatın olması barədə bəyan edib. Bu, tamamilə yalandır. Bu bəyanat təsadüfən verilməyib. Bununla, məsələn, Donbasda taktiki nüvə silahı yerləşdirmək və oradan Ukraynanın digər ərazisini atəşlərə məruz qoymaq üçün zəmin hazırlanır. Bir də biz Rusiya rəhbərliyinin belə bəyanatlarını eşidirik ki, ukraynalılar özləri özlərini atəşlərə məruz qoyur ki, Rusiyanı nüfuzdan salsın.

Təxminən eyni vaxtda, SİTA- nın bəyanatının ardınca Lukaşenko bəyan edib ki, NATO Polşa və Litva ərazisində nüvə silahı yerləşdirir, bu da tamamilə yalandır. Lakin nəticədə bizə mümkün nüvə zərbəsi endiriləcək üç ölkənin adları açıqlanıb, bunlar Ukrayna, Polşa və Litvadır", - Felştinski deyib

O, hesab edir ki, Putin belə "məhdud nüvə müharibəsi"ni Avropaya təzyiq etmək variantı kimi nəzərdən keçirir.

"Yəqin ki, Putinin gördüyü ssenari bundan ibarətdir ki, Belarusdan Avropaya zərbədən sonra avropalılar qorxuya düşəcək və, əlbəttə ki, Putinə dünyada olanların hamısını verəcək. Mənə elə gəlir ki, onun beynində bu ssenari dolaşır. Mən ürəkdən ümid edirəm ki, o, bunu gerçəkləyə bilməyəcək", - tarixçı vurğulayıb


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2035   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Atlantik okeana da adını vermək istəyib - "Google" "yox" deyib

ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını "Tramp okeanı" ilə dəyişdirmək istədiyini, lakin "Google" şirkətinin baş direktoru Sundar Piçainin bu təklifi rədd etdiyini bildirib. "Qafqazinfo"nun məlumatına görə, Tramp coğrafi adlarla bağlı təşəbbüslərindən danışarkə

22 oktyabr
.

Rusiya Kiyevə 21 ballistik raket atdı

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur

23 oktyabr
.

Rusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i

22 oktyabr
.

ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır? - Gecə baş verən insidentlər və Qərb mediasının son məlumatları

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq üçün planlar hazırladığı bildirilir. "The New York Times" qəzetinin məlumatına görə, mümkün hücumların noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra həyata keçirilməsi nəzərdən keçirilir. Bununla yanaşı, Hörmü

22 oktyabr
.

Kallas: Rusiyanın Qara dənizdə gəmiçiliyə hücumları qlobal ərzaq təhlükəsizliyini təhdid edir

Rusiyanın Qara dənizdə gəmiçiliyə qarşı artan hücumları regional və qlobal ərzaq təhlükəsizliyinə təhlükə yaradır. APA xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku ilə telefon danışığı zaman

22 oktyabr
.

ABŞ-İran münaqişəsi 2027-ci ilin əvvəlinə qədər səngiyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ ilə İran arasındakı müharibənin 2027-ci ilin əvvəlinə qədər səngiyəcəyini və enerji ticarətinin il ərzində tənzimlənəcəyini təxmin edir. xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi inkişaf perspektivləri ilə bağlı müntəzəm hesabatında deyilir

22 oktyabr
.

Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq

ABŞ sanksiyaları altında olan Rusiya-Serbiya şirkəti "Serbiya Neft Sənayesi"nin (NIS) səhmlərinin nəzarət zərfinin Macarıstanın neft-qaz şirkəti MOL-a satılması haqqında müqavilə imzalanıb. "Report" xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin birinci müavini və maliyyə nazir

21 oktyabr
.

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind

23 oktyabr
.

ABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam

23 oktyabr