İrəvan Rusiya qarşılığında Bakıdan nə istəyəcək? - Paşinyanın tək çıxış yolu...
"Ermənistan və Azərbaycan arasında sülh quruculuğu yolu Ermənistanın daxili qüvvələri və xarici qüvvələrin uğursuzluqlarına və müdaxilələrinə baxmayaraq, planlaşdırıldığı şəkildə irəliləyir".
Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
Amerikalı siyasi analitik bildirib ki, 44 günlük müharibədən sonra Ermənistanın Rusiyadan asıllılığı zəifləyib:
"Sülh prosesini ləngitmək cəhdləri daxili revanşistlərə, xarici lobbiçilərə və Rusiya kimi geosiyasi maraqlara sərf edir. Növbəti müdaxilələrin qarşısını almaq üçün Paşinyan Ermənistanın xarici siyasət kursuna nəzarəti gücləndirməlidir. Müharibəni uduzduqdan sonra Ermənistanın Rusiyadan asıllılığı qismən də olsa zəifləmiş vəziyyətdədir.
Bu isə öz növbəsində Türkiyə ilə normallaşdırılmış ticarət-maliyyə müstəqilliyinin artırılması üçün müəyyən imkanlar açır, lakin İrəvan prosesin yalnız başlanğıcındadır. Ermənistan regionda vahid və inteqrasiya tərəfdarı yanaşmasını inkişaf etdirmək və təsdiqləmək üçün Avropa İttifaqı və Azərbaycandan ciddi dəstək və yardım tələb edəcək. Bunun qarşısı hazırda müxtəlif təxribatlarla alınır.
Ən əsası, bu təxribatların arxasında duran aktorlarla bağlı dəlillər ictimailəşdirilməli, imkan daxilində onlara cavab verməlidirlər. Ən azı, davamlı sülh prosesinin etibarlılıq dəyəri olmalıdır. Əgər Paşinyan işgüzar olduğunu göstərmək üçün addımlar atsa və bu maraqları təmin etmək səylərindən əl çəkməsə, o müddətdən sonra prosesdən yayınmaq daha çətin olacaq və o, özü də istəmədən məcburiyyət qarşısında ona olan etibarı bərpa etməyə başlaya bilər. Bu da sülh prosesinə gedən yolda İrəvanın sabotaj etmək şansını sıfra endirəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
Prezidentin gəlinindən zərif - Fotolar
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Avstraliyanın sirri: Quru çölün ortasındakı yollarda niyə iki metrlik xətkeşlər var?
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Leysan yağacaq, dolu düşəcək
Arzum məhkəmə zalında həbs edildi - Video
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman
Dünyanın ən güclü 10 pasportu - SİYAHI
Şamda qadın turist küçədə gəzərkən bir qrup kişinin təcavüzünə məruz qalıb - VİDEO
AAYDA-nın bu idarələri ləğv olundu (SİYAHI)
Qanalı məşhur şaman bu dəfə Dünya Kubokunun qalibini açıqladı
SEA BREEZE-də CASPIAN MOTOR SHOW keçirildi