Ukrayna müharibənin qalib tərəfidir: Qələbə nə vaxt elan ediləcək?
"Almaniya Ukraynaya yardımı dayandırmadı, prosesi sadəcə yavaşlatdı".
Sonxeber.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun mütəxəssisi, siyasi ekspert Nikolay Spiridonov deyib.
O bildirib, Ukraynanın əsas məqsədi ən azı bu ilin fevralın 24-ə kimi sərhədləri bərpa etmək idi:
"Ukraynanı silahlandırmaq davam edir, Almaniya müxtəlif tipli haubitsaları tədarük edir və Ukrayna əsgərlərinə onlardan istifadəni öyrədir.
Ukrayna və Rusiya arasında müharibə müvəffəqiyyətlə davam edir. Ukrayna Xarkov yaxınlığında, Rusiya isə Luqansk vilayətində ciddi irəliləyiş əldə edib.
Ümumiyyətlə, Ukrayna ordusu qondarma ordudan heç də geri qalmır. Ukrayna hazırda "Dünyanın ikinci ordusu"na qarşı döyüşür, lakin buna baxmayaraq Ukraynaya müasir silahların tədarükü dinamikasının azalması savaşın nəticələrinə bir çox məqamda təsir göstərir. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin tammiqyaslı əks-hücumları hələ də təxirə salınır.
Kiyevin əsas məqsədi ən azı 24 fevral 2022-ci il tarixindən etibarən sərhədlərə qayıtmaq idi. Amma hələ ki bu istək baş tutmur.
ABŞ, Aİ və Ukraynanın maraqları bəzi nüanslarla əsasən üst-üstə düşür. Rusiya açıq-aydın öz məqsədlərinə çatmayıb, hətta təqribən heç bir effektiv nəticə də əldə etməyib.
Daha doğrusu, Ukrayna müqavimət göstərmək üçün fenomenal iradə nümayiş etdirərək artıq qalib tərəfdir. Bununla belə, son qələbəyə hələ bir neçə ay var və bu, asan olmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR