"Ermənistanda hərbi xidmətdən yayınma və fərarilik artıb" - Aydın Hüseynov
"Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun ağır yaralanması barədə məlumatlar yayılıb. Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir".
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Məsələylə bağlı Sonxeber.az-a açıqlama verən deputat Aydın Hüseynov bildirib ki, bu, ordudakı nizamsızlığı Ermənistanın öz ictimaiyyətindən gizlətmək cəhdidir:
"Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə absurddur. Bu da ondan irəli gəlir ki, Ermənistan iqtisadi və siyasi böhran yaşayır və bu böhran özünü orduda daha kəskin təzahür etdirir.
Ermənistan ordusunun daim özü haqqında yaratdığı mifik fikirlər Azərbaycan ordusunun zəfəri ilə alt-üst oldu. Ermənistan ordusundakı özbaşınalıq, eləcə də ərzaq çatışmazlığı onsuz da orada narazılıq yaradıb. Hərbi xidmətdən yayınmalar və fərarilik, demək olar ki, adi hala çevrilib, komandirlərin və əsgərlərin bir-birini güllələməsi tez-tez təkrarlanan hadisələr sırasındadır.
İndiki məqamda isə Ermənistan bunları öz ictimaiyyətindən gizlətmək üçün Azərbaycan ordusunun üstünə şər atır . Azərbaycan ordusu öz suveren sərhədlərini qoruyur, ərazisinə təcavüz halı istisna olmaq şərtilə, kənarda hər hansı bir əməliyyat aparmır.
Bu məsələ növbəti dəfə Ermənistanın öz ictimaiyyətini aldatmasıdır. Çünki əsgər analarının ayağa qalxması, öz övladlarını orduya göndərməməsi, orduya qarşı böyük inamsızlıq o ölkədə adi hal alıb. Hesab edirəm ki, Azərbaycanın müvafiq orqanları bununla bağlı öz fikrini bildirib. Bu, Ermənistanın öz ordusuna nəzarət edə bilməməsinin təzahürüdür".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR