Alimlərdən xəbərdarlıq: kütləvi virus-bakteriya xəstəliklərini göbələk xəstəlikləri əvəz edəcək...

Alimlərdən xəbərdarlıq: kütləvi virus-bakteriya xəstəliklərini göbələk xəstəlikləri əvəz edəcək..."Yeni infeksiya artıq milyonlarla pasientdə aşkar edilib, ölüm halları ildə 160 000 nəfər təşkil edib"

Bu gün üçün göbələk infeksiyalarının sağlamlığa vurduğu zərər vurus və bakteriya xəstəlikləri təhlükəsi ilə müqayisə edilə bilməz.

Bu barədə "9-cu kanal" nəşri yazıb.

Bir qayda olaraq, məsələ dərinin və selikli qişaların zədələnən nahiyələrində qaşınma ilə məhdudlaşır.

Belə xəstəliklər yalnız immuniteti çox zəif olan insanlar üçün təhlükəlidir.

Lakin vəziyyət dəyişir.

2009-cu ildə Yaponiya həkimləri əvvəllər məlum olmayan göbələyin törətdiyi yeni infeksiya ilə üzləşib.

O, belə xəstəliklərin müalicəsində istifadə edilən dərmanların əksəriyyətinə qarşı davamlı olub. Ona "Candida auris" adı verilib.

2022-ci ilə onun törətdiyi infeksiya milyonlarla pasientdə aşkar edilib. Xəstəliyin oyanışı bütün dünya boyunca, o cümlədən Rusiyada, Çində, Hindistanda, Avropa İttifaqı ölkələrində, Şimali Amerikada, Avstraliyada və Cənubi Afrika Respublikasında qeydə alınıb.

Bəzi dəyərləndirmələrə görə, ölüm halları hər il 160 000 nəfərdən çoxdur.

Xəstəliyin törədicisi əksəriyyət göbələyə qarşı dərman preparatlarına davamlıdır və dərmanların uzun müddət seçilməsindən sonra müalicəyə tabe olur. Bəzən düzgün preparatlar seçilməsinə zaman çatmır.

Məntiqlə güman etmək olar ki, xəstəlik qəsdən yayılır. Lakin tədqiqatlar göstərib ki, göbələk dünyanın müxtəlif yerlərində bir-birindən asılı olmadan meydana çıxıb.

Bəs nədən dünyanın müxtəlif hissələrində xəstəliyin sinxron inkişafı mümkün olub?

Göbələklər, əsasən, dərini və selikli qişanı təkcə ona görə zədələmir ki, bu orqanlar ətraf mühitlə təmasda olur, həm də başqa səbəbdən olur.

İnsanın bədəni onlar üçün xeyli dərəcədə istidir. Həmin 2009-cu ildə Amerika alimləri minlərlə göbələk ştamlarının miqyaslı tədqiqini aparıb. Bu tədqiqat göstərib ki, hərarətin 1 dərəcə yüksəlməsi onların 6 faizi üçün ölümcüldür. Sınaqlar +30 dərəcədən +40 dərəcəyədək aparılıb. Müəyyən edilib ki, insan bədəninin normal hərarətində 95 faiz ştamlar sağ qalmır.

Göbələklər hərarətin həm yüksəlməsini, həm də aşağı düşməsini pis keçirir. Hərarətin bir neçə dərəcə dəyişməsi onlar üçün ölümcüldür. Lakin bütün digər varlıqlar kimi, göbələklər də ətraf mühitə uğunlaşır. Qlobal istiləşmə onları daha yüksək hərarətə uyğunlaşmağa sövq edir.

Məsələn, Candida auris qızdıran xəstənin hərarəti 41 dərəcə olduqda da sağ qalır. Alimlər hadisələrin bu cür inkişafını proqnozlaşdırsalar da, onları eşidən yoxdur.

Nəzərə alsaq ki, göbələk xəstəliklərinə nisbətən, virus və bakteriya xəstəliklərindən təhlükə daha yüksəkdir, o zaman sonuncuların müalicəsi üçün dərman preparatları daha azdır.

Göbələklərin hüceyrələri bakteriyalara nisbətən heyvanların hüceyrələrinə daha çox oxşayır, deməli, patogeni məhv edən və xəstənin orqanizmini qoruyan maddə tapmaq daha mürəkkəbdir.

Əgər göbələklər insan bədənində kütləvi surətdə uyğunlaşırsa, biz praktiki olaraq dərmanı olmayan yeni tip epidemiya ilə üzləşə bilərik.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1239   Tarix: 05 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA

Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy

7 oktyabr
.

Bu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT

Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c

4 oktyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Qlobal istiləşmə insanları sağlam dəridən məhrum edir

İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV

30 sentyabr
.

Payızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?

Soyuq havaların başlaması ilə səhərlər oyanmaq çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Ellison Breyqer bildirib ki, qışda orqanizmin fizioloji olaraq daha çox yuxuya ehtiyacı yarana bilər. Qaynarinf

2 oktyabr
.

Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər

"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri

9 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr