"Neftçi" Samir Abasovla yolları ayırdı: Yeni baş məşqçi namizədləri AÇIQLANDI

"Neftçi" Samir Abasovla yolları ayırdı: Yeni baş məşqçi namizədləri AÇIQLANDI"Neftçi" baş məşqçi Samir Abasovla yolları ayırıb.

Bu barədə qərar klubun Müşahidə Şurasının iclasında qəbul olunub.

"Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev klub televiziyasına bildirib ki, müqaviləsi bitən Samir Abasova yeni sözləşmə təklif olunmayıb. Komandaya yeni baş məşqçinin təyin olunması iyunun 14-də baş tutacaq növbəti iclasda həyata keçiriləcək. Həmin vaxtadək konkret namizəd müəyyənləşəcək.

Yeni baş məşqçinin əcnəbi olacağı açıqlanıb. O, iki nəfər arasından danışıqlar aparıldıqdan sonra seçiləcək.

Allahverdiyev Abasovun göndərilməsinin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, 44 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında qarşısına qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirsə də, Azərbaycan Kubokunu qazanmaq vəzifəsinin öhdəsindən gələ bilməyib. O, eyni zamanda futbolçu transferləri ilə bağlı işi həyata keçirməyi bacarmayıb.

"Neftçi"nin ikinci komandasına rəhbərlik isə Rəşad Abdulllayevə tapşırılıb. O, yeni vəzifədə Mahmud Qurbanovu əvəzləyib. Qurbanov daha əvvəl "Səbail"ə baş məşqçi təyin olunub.

Komandanın növbəti mövsümə hazırlığı iyunun 15-dən başlanacaq. Yay toplanışının birinci mərhələsi Bakıda, ikinci mərhələsi Türkiyədə olacaq.

"Neftçi" Futbol Akademiyasına rəhbərlik də əcnəbi mütəxəssisə tapşırılacaq. Müşahidə Şurasının iclasında Akademiya binasının ilin sonunadək tam başa çatdırılmasının vacibliyi vurğulanıb.

Həmçinin, klubun baş məşqçi postuna namizədlər də açıqlanıb. Namizədlər ukraynalı Yuri Vernidub və rusiyalı Viktor Qonçarenkodur./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1038   Tarix: 08 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nene "Fənərbağça"dan ayrılmaq istəyir

Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin

22 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr
.

"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb

"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir

11 sentyabr
.

Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı

"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard

22 sentyabr
.

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd

16 sentyabr