15 saniyəlik görüntü ilə ermənilərə od qoyan hərbçimiz: Sülhməramlıya "bozqurd" işarəsini öyrətdi - VİDEO
Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları ilə bağlı yayılan video sosial şəbəkənin Ermənistan seqmentində böyük rezonans doğurub.
Hər zaman sülhməramlıları yerə-göyə sığdırmayan ermənilər bu dəfə həmin obrazı özlərinin tənqid obyektinə çeviriblər.
Belə ki, yayılan kadrlarda Azərbaycan hərbçisinin sülhməramlı kontingentin üzvü ilə səmimi söhbəti yer alıb. Rusiya sülhməramlısı hərbçimizlə söhbətində onun "Qarabağ Azərbaycandır" sözlərini təkrar edir. Həmçinin rusiyalı hərbçi "Füzuli uşaqlarına salam olsun" ifadəsini də səsləndirir.
Ən maraqlısı isə 15 saniyəlik kadrların sonunda rusiyalı hərbçinin də "bozqurd" işarəsini öyrənməsi və göstərməsi olub.
Bildiyimiz kimi, "bozqurd" işarəsi ermənilərin ən çox qorxduğu, həm də sevmədiyi simvol hesab olunur. Bu işarə onlarda həm də türk xalqlarına olan nifrət kimi assosiasiya olunur. Məhz buna görə də sosial şəbəkənin erməni seqmentində sözügedən kadrlar erməniləri kəskin qəzəbləndirib. Sülhməramlıların onların şərəfinə badə qaldırmalarına öyrəşmiş ermənilər rusiyalı hərbçinin azərbaycanlıya qarşı nümayiş etdirdiyi səmimiyyəti isə heç cür həzm edə bilməyiblər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1943 Tarix: 09 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr