Azərbaycan nümayəndəsi Quterreşə məktub göndərdi

Azərbaycan nümayəndəsi Quterreşə məktub göndərdiAzərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı ölkəmizin tarixi, mədəni və dini irsi dağıdılıb, təhqir edilib, zədələnib, məhv edilib. Azərbaycanın tarixi abidələrinə qarşı erməni vandalizmi bütün işğal olunmuş ərazilərdə özünü göstərməkdədir. Bu torpaqlarda yüzlərlə tarixi və dini abidə onlar tərəfindən talan edilərək uçurulub.

Bu barədə Azərbaycan BMT yanında Daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı məktubunda qeyd edilir.

Bildirilir ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu üçün respublikamızın ərazisində tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Bu torpaqlardakı erməni təcavüzkarların cinayətləri, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasının (1954-cü il), silahlı münaqişələr zamanı mədəni irsin qorunması, arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasının (1992) və mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasının (1972) prinsiplərinə ziddir.

Məktubda Azərbaycanın mədəniyyət abidələrinin, tarixi və dini obyektlərinin erməni işğalçıları tərəfindən məhv və qarət edilməsi istiqamətində sistemli addımlar atdığı barədə faktlar təqdim olunub. Bildirilib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarındakı mədəni irsi təxribat yolu ilə istismar etməklə yanaşı, onilliklər boyu davam edən anti-azərbaycan nifrətini asanlıqla ifşa edən çoxsaylı faktlara susur.

Rəsmi sənəddə Azərbaycandan fərqli olaraq Ermənistanın monoetnik dövlət olduğu, bir çox digər xalqların nümayəndələri ilə yanaşı yüz minlərlə azərbaycanlını da Ermənistandan zorla çıxardığı və uzun illər ərzində ölkəmizə aid mədəni, dini abidələri "yenidən quraraq" onların unikallığını dəyişdirdiyi vurğulanıb:

"Ermənistan eyni siyasəti Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinə də tətbiq edib. 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin əlinə keçmiş Azərbaycanın əksər şəhər, qəsəbə və kəndləri 700 mindən çox azərbaycanlı sakinlərindən etnik təmizlənməyə məruz qalıb və sonradan yerlə-yeksan edilib.

Minlərlə mədəniyyət obyekti, o cümlədən məscidlər, məbədlər, məqbərələr, muzeylər, rəsm qalereyaları, arxeoloji abidələr, kitabxanalar və teatrlar talan edilərək dağıdılıb. Bundan başqa, Azərbaycanın tarixini, mədəniyyətini və etnik kimliyini inkar və təhrif etmək üçün bir çox mədəni və dini obyektlərin orijinal memarlıq xüsusiyyətləri qəsdən və məqsədyönlü şəkildə dəyişdirilib.

Azərbaycanın dini obyektləri tövlə kimi istifadə edilərək onların dini simvolizmi təhrif olunub ki, bu da azərbaycanlılara qarşı xüsusi təhqir kimi nəzərdə tutulmuş güclü və simvolik anti-müsəlman davranışıdır. 67 məscid və İslam dini ziyarətgahlarından 65-i dağıdılıb, 2-si isə əhəmiyyətli dərəcədə zədələnib. Ermənistanın bu fonda əksər müsəlman ölkələri ilə "səmimi münasibətləri və konstruktiv əməkdaşlığı" barədə iddialar səsləndirməsi vicdansızlığın zirvəsidir. Bundan başqa, əvvəllər işğal olunmuş ərazilərdə 900 qəbiristanlıq vandalizmə məruz qalıb və dağıdılıb. Azərbaycan həmin ərazilərdə aparılan qanunsuz arxeoloji qazıntılar zamanı aşkar edilmiş milyonlarla kitabın və nadir əlyazmaların məhv edilməsini, minlərlə tarixi əhəmiyyətli muzey eksponatının, eləcə də qiymətli əşyaların oğurlanmasını sənədləşdirib. Bu dağıntı Azərbaycanın mədəni irsinə bərpa olunmaz itki verib".
Daimi nümayəndə əlavə edib ki, qeyd olunan cinayətlər beynəlxalq səviyyədə də tənqid edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin şurasının 22-23 mart 2022-ci il tarixlərində keçirilən 48-ci sessiyasında Pakistan İslam Respublikası baş vermiş büyük miqyaslı vandalizm aktlarını, o cümlədən Azərbaycanın mədəni və dini abidələrin təhqirə məruz qalmasını kəskin şəkildə tənqid edib və Ermənistanın öhdəliklərini pozduğuna görə məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycanın cəhdlərini dəstəkləyib. Bu fonda, şuranın qəbul etdiyi "Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının dini, mədəni, tarixi abidələrinin dağıdılması və təhqirə məruz qalması" adlı qətnamədə Ermənistan islam tarixinin və mədəni irsin məhv edilməsi məqsədilə ölkəmizin ərazisində törətdiyi barbarlığa görə şiddətlə qınanılıb. Bununla yanaşı, üzvlər işğaldan azad edilmiş ərazilərdə yerləşən məscidlərin tövlə kimi istifadə edilməklə Ermənistan tərəfindən törədilən alçaltma və təhqiri kəskin qınadıqlarını ifadə edib və Azərbaycanın mədəni və dini irsini özününkü kimi təqdim etmək cəhdlərini dərhal dayandırmağı Ermənistandan tələb edib.

Bundan başqa, ermənilərin "milli qəhrəman" adlandırdıqları müharibə cinayətkarlarına Azərbaycan ərazilərində heykəllər qoyaraq onları mədəni irs nümunəsi kimi təqdim etmək cəhdləri ifşa edilib və bu barədə beynəlxalq hüquqa əsaslanan arqumentlər gətirərək Ermənistanın əsassız iddiaları rədd olunub.
Məktubda indi Ermənistanın dayanmadan UNESCO-nun maneəsiz olaraq işğaldan azad edilmiş ərazilərə nümayəndə heyəti göndərməsi ilə bağlı əsassız iddialarına da tutarlı cavab verilib. Belə ki, torpaqların Ermənistanın işğalı altında olduğu müddətdə UNESCO-nun dəfələrlə həmin ərazilərə getmək cəhdlərinin qarşısı Ermənistan tərəfindən alınıb. Bu fonda, UNESCO 1995-2004-cü illər ərzində "Silahlı münaqişə zamanı mədəni irsin qorunması haqqında" Konvensiyasının və özünün 1954 və 1999 Protokollarının icrası ilə bağlı verdiyi hesabatlarda, erməni hərbi birləşmələri tərəfindən işgal edildikdən sonra BMT-nin digər durumları kimi UNESCO-nun da həmin ərazilərə missiya göndərərək mədəni irs abidələrinin vəziyyətini təsdiqləmək cəhdlərinin qarşısının alındığını qeyd edib.

Eyni zamanda, Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərlə bağlı 7 dekar 2021-ci il tarixli qərarına istinad edilərək məhkəmənin Azərbaycanın Ermənistana qarşı iddiasını da təmin etdiyi və bununla əlaqədar iki qərar verdiyi məktubda vurgulanır. Bununla yanaşı, Ermənistan tərəfinin "mirasın dəyişdirilməsi" ilə bağlı iddialarının da həmin məhkəmə tərəfindən rədd edildiyi məktubda öz əksini tapıb.

Bundan başqa, hətta Avropa Parlamentinin 2022-ci ilin mart tarixində erməni diasporunun təsiri altında qəbul etdiyi qəbul etdiyi qətnamənin mətnində də Azərbaycanın mədəni və dini abidələrinə qarşı törədilmiş vəhşiliklərin qeyd edildiyi məktubda xüsusi qeyd edilib. Bu xüsusda, Ağdam və Füzuli şəhərlərinin demək olar ki, tamamilə məhv edildiyi qətnamədə əks edilib.
Sonda Y.Əliyev Ermənistana reallığı təhrif etmək və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməkdənsə, nifrət təbliğatını dayandırmağı və özlərinin məsuliyyət daşıdığı cinayətlərə görə günahkarları mühakimə etməyi və cəzalandırmağı tövsiyə edib. Bu xüsusda, Ermənistanın dövlətlərarası münasibətlərin normallaşmasına çalışması, beynəlxalq öhdəliklərin əsasında regionda sülh və sabitliyin qurulmasına, saxlanılmasına yönəlmiş cəhdləri dəstəkləməsi tövsiyə olunub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən vandalizmə və təhqirə məruz almış, dağıdılmış Azərbaycanın mədəni, tarixi və dini abidələrinin fotoşəkilləri məktuba əlavə olunub.

Məktub BMT Baş Assambleyasının gündəliyinin 10, 16, 35, 66, 72, 74, 85 və 134-cü bəndləri altında və Təhlükəsizlik Şurasının sənədi kimi üzv dövlətlər arasında yayılıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1048   Tarix: 11 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr