Ermənilər ŞOKDA: Azərbaycan ordusu hərəkətə gətirilsə…

Ermənilər ŞOKDA: Azərbaycan ordusu hərəkətə gətirilsə…ABŞ və Qərb geopolitik proseslərə münasibətdə Ermənistana açıq xəbərdarlıq mesajları verməkdə davam edir… Paşinyan hakimiyyətinə Rusiya ilə yaxınlaşma meyllərində "qırmızı cizgilər"in keçilməsinin yolverilməz olduğu xatırladılır…
Cənubi Qafqaz gələcəyə yönəlik geopolitik savaşın əsas poliqonlarından birinə çevrilməyə başlayıb. Ukrayna savaşı ətrafında baş verənlər istər-istəməz bu regionda cərəyan edən proseslərə birbaşa təsir göstərir. Ona görə də hesab etmək olar ki, indi ABŞ və Qərb Ukrayna savaş məkanı ilə paralel olaraq, Cənubi Qafqazda da Rusiyaya qarşı həlledici mübarizə aparmaq qərarı verib.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Cənubi Qafqazda Rusiya ilə geopolitik savaşı Ermənistanda daha kəskin şəkildə müşahidə olunur. Kreml Ermənistanda revanşist-raşist müxalifəti dəstəkləyir. Bununla da, Paşinyan hakimiyyətini dövlət çevrilişi ilə təhdid edir, təzyiq altında saxlamağa çalışır. Və bəzi erməni politoloqlar bunu yaxın gələcəkdə Ermənistanın əleyhinə çevrilə biləcək təhlükəli faktorlardan biri hesab edirlər.

Onların fikrincə, Rusiyanın Ukrayna savaşında məğlubiyyəti Ermənistanı dərhal "hədəf taxtası"na çıxara bilər. Xüsusilə də, Rusiyanın Ermənistana dəstəyi Cənubi Qafqazda "erməni faktoru"nun likvidasiya prosesinə əsas yaradır. Və indiki halda, Kremlin Ermənistanda siyasi xaos yaratmaq cəhdlərindən yalnız Köçəryan-Sarkisyan çütlüyünün nəzarət altında olan Qarabağ klanı məmnun görünür.

Maraqlıdır ki, erməni hərbi ekspert Van Ambartsumyan Rusiyanın Ukrayna savaşında məğlubiyyəti durumunda Ermənistanı gözləyən yeni geopolitik çağırışlar baxımdan olduqca pessimist mövqedədir. Onun fikrincə, bu halda, Rusiya Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılacaq və regionun gələcək taleyi sürətlə dəyişərək, Ermənistanın mövcudluq şanslarını təhlükə altına salacaq.

Van Ambartsumyan Rusiyanın Ukrayna savaşında məğlub olacağına isə qətiyyən şübhə etmədiyini də gizlətməyib. Onun fikrincə, Paşinyan hakimiyyəti və Ermənistan cəmiyyəti ölkənin gələcəyini birmənalı şəkildə bu variant üzərindən planlaşdırmalıdır: "Mənə tez-tez cavabı artıq demək olar ki, məlum olan suallar verirlər. Əslində, sualların müəllifləri də Rusiyanın məğlubiyyət ehtimalından narahatdırlar. Halbuki, narahatlıq çıxış yolu deyil. İndi daha çox doğru xarici siyasətin detallarını və istiqamətlərini müəyyən etmək lazımdır".

Erməni hərbi ekspert əmindir ki, hazırda rəsmi İrəvan Ermənistanın gələcək taleyini Rusiyanın Ukrayna savaşında məğlubiyyət variantı üzərindən planlaşdırmağa çalışmalıdır və qətiyyən tərəddüd etməməlidir: "Bəli, Rusiya Ukraynada hətta öz gələcək mövcudluğunu təhlükə altına sala biləcək səviyyədə ağır məğlubiyyətə uğrayacaq. Belə vəziyyətdə isə Rusiyanın Cənubi Qafqazda rəqiblərini dayandırmaq imkanları olmayacaq. Türkiyənin Cənubi Qafqazda təsir gücü və dayaqları isə elə indidən artmağa başlayıb. Rusiyanın regionda baş verənlərə geopolitik müqavimət gücü qalmayacaq. Azərbaycan ordusu yenidən hərəkətə gətiriləcək, Ermənistanın isə onu dayandırmaq gücü yoxdur. Azərbaycanın yaxşı silahlandılmış güclü və müasir ordusuna müqavimət üçün isə Ermənistanın nə hərbi gücü, nə iqtisadi resursları mövcud deyil. Yəni, Azərbaycan Qarabağa tam nəzarət də daxil olmaqla, bütün istədiklərinə nail olacaq. Mən buna tamamilə əminəm".

Göründüyü kimi, Ermənistan cəmiyyətində Cənubi Qafqazda "erməni dövlətçiliyi"nın gələcəyi ilə bağlı o qədər də optimist deyillər. Erməni toplumu əmindir ki, Ermənistanın mövcudluğu yalnız Rusiyadan asılıdır. Əgər, Rusiya öz gücünü və hegemonluğunu itirərsə, Ermənistan da olmaz. Və bu baxımdan, Ermənistan cəmiyyətində mütləq əksəriyyətin Ukrayna savaşında məhz Rusiyanı dəstəkləməyə üstünlük verməsi qətiyyən təəccüblü deyil.

Ancaq indiki mərhələdə Ermənistanın açıq və birmənalı şəkildə Rusiyanın yanında yer alması rəsmi İrəvanın dünyanın mütləq çoxluğuna qarşı çıxmaq anlamına da gəlir. Ən azından ona görə ki, hazırda Rusiyanın yanında Belarus və Ermənistandan başqa elə bir ciddi dəstəkçi dövlət qalmayıb. Yəni, Rusiyanın mövcud müttəfiqləri Kremli məmnun edəcək sayda deyil. Və belə vəziyyətdə Kreml Paşinyan hakimiyyətini təzyiq altında saxlayaraq, Rusiyanı dəstəkləmək məcburiyyətində buraxmaqla, əslində, Ermənistanı real təhlükə qarşısında qoyur.

Müşahidələr göstərir ki, ABŞ və Qərb də Rusiyanın bu geopolitik oyununu nəzərə alır. Rusiyaya bağlı revanşist Qarabağ klanı uzunmüddətdən bəri kütləvi etiraz aksiyaları keçirtsə də, ABŞ və Qərb buna reaksiya vermir. Hətta həmişə demokratiya faktorunu xüsusi olaraq, qabartmağa çalışan Ağ Ev indiyə qədər Paşinyan hakimiyyətinin erməni müxalifətinin etiraz aksiyalarına qarşı zorakılıq etməsini də sükutla müşahidə edir. Halbuki, normal şəraitdə ABŞ rəsmi dairələri Paşinyan hakimiyyətini qınamalıydı. Deməli, ABŞ-ın demokratiya prinsipləri Rusiyaya bağlı Qarabağ klanına münasibətdə tətbiq olunmur.

Təbii ki, bu, ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda apardığı mübarizənin əlamətlərindən biridir. Paşinyan hakimiyyəti ABŞ-ın "Soros" Fondunun siyasi texnologiyalarının məhsuludur. Ona görə də, erməni raşistlərə dəstək verən Kremlin dövlət çevrilişi təhdidləri ilə çətin vəziyyətə düşən Paşinyan hakimiyyəti ABŞ və Qərb tərəfindən müdafiə olunur. Ağ Evdə anlayırlar ki, Paşinyan hakimiyyətinin zorakılıqda ittiham edilməsi, raşistlərin demokratiya prinsiplərinin "müdafiə çətiri" altına alınması ABŞ-ın Rusiyaya dəstək verməsi xarakteri daşıya bilər.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti məcburiyyət qarşısında Rusiyaya yaxınlaşmağa çalışsa belə, ABŞ və Qərb Ermənistanda baş verənlərə tolerant yanaşmağa çalışacaq. Ancaq Ağ Ev geopolitik proseslərə münasibətdə Ermənistana açıq xəbərdarlıq mesajları verməkdə də davam edəcək. Çünki, əks halda, ABŞ və Qərbin tolerant yanaşması rəsmi İrəvanın tamamilə Rusiyanın maraqlarına xidmət etməyə həvəsləndirə bilər.

Bu baxımdan, erməni raşistlərə zorakılığa reaksiya verməyən ABŞ və Qərbin rəsmi İrəvanın ünvanına bəzi geopolitik ittihamlar yönəltməsi tamamilə başa düşüləndir. Böyük ehtimalla Paşinyan hakimiyyətinə Rusiya ilə yaxınlaşma meyllərində "qırmızı cizgilər"in keçilməsinin yolverilməz olduğu xatırladılır. Və Ukrayna savaşından sonra bütün bunların mütləq nəzərə alınacağına, müəyyən nəticələrinin olacağına eyham vurulur./Yeni Müsavat


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2691   Tarix: 12 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen

2 iyul
.

Alyona Əliyeva sərgidə - Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:

1 iyul
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun