Darya Qretsova: "Nikol Paşinyan qorxur" - RUSİYADAN ŞƏRH

Darya Qretsova: "Nikol Paşinyan qorxur" - RUSİYADAN ŞƏRH"Hesab edirəm ki, Ermənistan müxalifətinin fəaliyyəti hakimiyyət dəyişikliyinə səbəb ola bilməz. Əhalinin əksəriyyəti hələ də ölkənin baş naziri Nikol Paşinyanı dəstəkləyir".

Bunu Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunda direktor müavini Darya Qretsova Oxu.Az-ın Ermənistanda müxalifətin fəallığının hakimiyyət dəyişikliyinə səbəb olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda müxalifətdən narazılar Paşinyandan narazı olanlardan daha çoxdur.

"Bəli, ölkədə daxili problemlər var, amma xalq başa düşür ki, müxalifət hakimiyyətə gəlsə, o zaman onların revanşist əhval-ruhiyyəsi yeni, böyük müharibəyə gətirib çıxara bilər, hansında ki, Ermənistan uduzacaq, analar isə yeni məzar yerləri alacaqlar. İnsanlar bunu istəmirlər".

Politoloq erməni müxalifətçilərə dəstək verilməməsinin digər səbəbini onların uzun illər hakimiyyətdə olması, lakin bu müddətdə ölkədə siyasi və iqtisadi sahədə heç bir müsbət dəyişikliyin müşahidə edilməməsi ilə izah edib.

"Bu müxalif fikirlər Ermənistanın Respublika Partiyası və xaricdən diaspor təşkilatları tərəfindən dəstəklənir. Amma Ermənistan daxilində insanlar yeni hakimiyyət dəyişikliyini istəmirlər. Bunu ötən il Nikol Paşinyanın siyasi qüvvəsinin qələbəsi ilə nəticələnən seçki də göstərdi. Əgər müxalifətin yeni fiquru olsaydı, o zaman intriqa baş verərdi, hakimiyyət dəyişikliyi ehtimalından danışmaq olardı. Amma bu - eyni köhnə elitadır".

Ekspert bununla belə, sülh yolu ilə nizamlanmaya qarşı çıxan müxalifətin danışıqları poza biləcəyini vurğulayıb.

"Bu insanlar son dərəcə anti-Azərbaycan və antitürk əhvaldadırlar. Nikol Paşinyan onların səbəbindən qonşuları ilə problemləri həll etmək üçün iki addım irəli gedə bilmir, həmişə geriyə dönüb müxalifətə baxır. Baş nazir qorxur ki, onun regionda sülh yolu ilə nizamlanma üçün hər-hansı hərəkəti Ermənistan cəmiyyətində sabitliyi poza bilər. Paşinyan həmçinin qorxur ki, bəzi radikal qruplar, bəlkə də, Livan və ya Suriyadan olan bəzi erməni silahlıları ona sui-qəsd edə bilərlər. Ona görə də Ermənistanın baş naziri bu etirazları nəzərə alır", - deyə D.Qretsova sözlərini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1164   Tarix: 14 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr