"WhatsApp" yeni funksiyalarını ELAN ETDİ
Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" bir neçə yeni funksiyalar üzərində işləyir.
Sonxeber.az yeni funksiyaları təqdim edir:
Nəhayət, "WhatsApp"dan mesajların redaktə funksiyası gəlir. Şirkətin rəqibi "Telegram"da tez-tez istifadə edilən bu xüsusiyyətin BETA testləri başlayıb.
Yenilənməyə görə göndərilən mesajlar qısa müddətə dəyişdirilə bilər. Beləliklə, eyni mesajı yenidən göndərməyə ehtiyac qalmayacaq.
Mesajların redaktə funksiyası hazırda "Android"lərdə sınaqdan keçirilir. Lakin yaxın vaxtlarda iOS və masaüstü versiyalarında testlərin başlayacağı gözlənilir.
Qruplardan səssiz çıxmaq
"WhatsApp"da qruplar həyatları xilas etsə də, çox vaxt insanları arzuolunmaz söhbətlərə məruz qoyur. Qrupdan çıxmaq istəyəndə hamı bunu görür.
"WhatsApp"ın inkişaf etdirdiyi yeni funksiya ilə yalnız idarəçilərə qrupdan ayrıldıqlarını görməyə imkan verəcək. Admin olmayanlar isə sizin qrupdan ayrıldığınızı fərq etməyəcəklər.
Səsli zənglərdə iştirakçıların sayı
"WhatsApp" icmalarda yeniləmələrini ardıcıl olaraq yayır. Şirkətin son addımı qrup zənglərində iştirakçıların sayını artırmaq olub.
Artıq 32 nəfər "WhatsApp"da qrup zənglərinə qoşula bilər.
Stiker təklifi
Tətbiqə gələn digər bir xüsusiyyət isə istifadəçilərin mesajlaşarkən söhbətin mətninə uyğun stiker təklifləri ala bilməsi idi. Belə ki, insanlar söhbətləri zamanı tövsiyə olunan stikeri seçməklə daha sürətli yaza biləcəklər.
Yönləndirilmiş mesajlarda sürətli oynatma
Həm müntəzəm, həm də yönləndirilmiş səsli mesajlar indi 1,5 və ya 2 dəfə daha sürətli oxuna bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1562 Tarix: 15 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı
Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb. xarici mediaya istinadən xəbər verir ki, Çin sakini nişanlısı ilə altı ildir münasibətdə olub və cütlüyün toyu aprelin 25-nə təyin edilib. 2026-cı ilin əvvəlində boğazında ağrı hiss edən qadın yerli klinikaya müraciət edib və orada ona iynə vurulub
5 mayKenquruların diş quruluşunun təkamül sirri açıldı
Təkamül prosesində sərt qidalanmaya keçid etmələrinə baxmayaraq, kenquruların dişləri yumşaq otlarla qidalanan məməlilərə xas olan forma və quruluşunu qoruyub saxlayır. "Science" nəşrinə istinadən xəbər verir ki, avstraliyalı alimlər bu mövzuda maraqlı tədqiqat aparıblar. Adətən, atlar, zebrala
7 may"Instagram" istifadəçiləri üçün VACİB XƏBƏR
Meta şirkəti mayın 8-dən etibarən "Instagram" tətbiqində şəxsi mesajların tam şifrələnməsi funksiyasında dəyişiklik edib. xəbər verir ki, qərar hüquq-mühafizə orqanları və uşaqların müdafiəsi ilə məşğul olan qurumların tənqidlərindən sonra verilib. Yeni dəyişikliklə mesajların müəyyən hallard
9 may6 ildən sonra konsert verəcək, biletlər 40 dəqiqəyə satıldı
Türkiyəli məşhur rok müğənnisi Şebnem Ferah uzun sürən fasilədən sonra yenidən səhnəyə qayıdır. xarici mediaya istinadən xəbər verir ki, müğənninin iyunun 3-də İstanbul şəhərində keçiriləcək konserti üçün satışa çıxarılan biletlər cəmi 40 dəqiqə ərzində tamamilə tükənib. Minlərlə pərəstişkarın bile
8 maySağlamlığın gizli düşməni: Hansı qidalar orqanizmdə iltihab yaradır?
Bir çox insanın gündəlik rasionuna daxil olan bəzi məhsullar orqanizmdə iltihab proseslərini gücləndirə və sağlamlığa ciddi zərər vura bilər. xəbər verir ki, bu barədə ekspert Klaudia Meyreles "Metropoles" nəşrində dərc olunan məqaləsində xəbərdarlıq edib. Mütəxəssisin bildirdiyinə görə, müəyyə
8 mayYer kürəsi niyə yarıya bölünəcək? - Alimdən maraqlı açıqlama
Sakit okeanda, Vankuver adası sahillərində Şimali Amerika tavasının altına Xuan-de-Fuka və Eksplorer plitələrinin çökməsi (subduksiya) prosesi hazırda qeyri-adi şəkildə davam edir. Bu geoloji dəyişiklik uzaq gələcəkdə planet üçün ciddi təhlükələr yarada bilər. xəbər verir ki, bu barədə "LAD Bible"
6 may