İlham Əliyev fərman imzaladı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət icbari şəxsi sığortası sahəsində sığortaolunanların sosial rifahının yaxşılaşdırılması və etibarlı sosial müdafiəsi məqsədilə qərara alıram:
"Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 447, № 12, maddə 1406) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissəyə "səlahiyyətləri" sözündən sonra "(bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
2. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir;".
3. Aşağıdakı məzmunda 2.8-ci bənd və 2-1-ci hissə əlavə edilsin:
"2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.";
"2-1. Bu Fərmanın 2.8-ci bəndinə uyğun olaraq, Şirkət sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən 2020-ci il dekabrın 31-dən sonraya aid sənədlər üzrə həyata keçirdiyi sığorta ödənişləri barədə məlumatları (sığortaolunanın soyadı, adı, atasının adı, FİN-i, sığorta ödənişinin məbləği və verildiyi tarix) bir ay müddətində Fonda təqdim etməlidir.".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2022-ci il
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
Prezidentin gəlinindən zərif - Fotolar
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Avstraliyanın sirri: Quru çölün ortasındakı yollarda niyə iki metrlik xətkeşlər var?
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Leysan yağacaq, dolu düşəcək
Arzum məhkəmə zalında həbs edildi - Video
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman
Dünyanın ən güclü 10 pasportu - SİYAHI
Şamda qadın turist küçədə gəzərkən bir qrup kişinin təcavüzünə məruz qalıb - VİDEO
AAYDA-nın bu idarələri ləğv olundu (SİYAHI)
Qanalı məşhur şaman bu dəfə Dünya Kubokunun qalibini açıqladı
SEA BREEZE-də CASPIAN MOTOR SHOW keçirildi