Ronaldo nə üçün tatu və saqqala qarşıdır?

Ronaldo nə üçün tatu və saqqala qarşıdır?Meydandakı futbolu ilə yanaşı həyat tərzi ilə də tez-tez gündəmdə olan Kriştiano Ronaldo bədənində döymə olmayan futbolçular arasındadır. Saqqal uzatmağın da əleyhinə olan portuqaliyalı ulduzun bu seçiminin səbəbləri ortaya çıxıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, çox tez-tez qan verən Ronaldonun xəstəliklərə yoluxma riskinə qarşı döymə etdirmədiyi bildirilib. Digər tərəfdən dünyaca məşhur hücumçunun həm gənc göründüyü, həm də ülgüc markasının siması olduğu üçün saqqal buraxmadığı iddia edilir.

Kriştiano Ronaldo keçmiş komanda yoldaşı Karlos Martinin oğlu üçün mütəmadi olaraq qan verir. Portuqaliyalı ulduz açıqlamalarının birində "Martinin oğlunun vəziyyətinin ağır olduğunu və bütün komandanın ona kömək etməyə çalışdığını bilirdik" sözlərini işlədib. Tez-tez qan verən portuqaliyalı ulduz qan donorluğuna mane olmaması üçün döymə etdirmir. Məlum olduğu kimi, tatu etdirən şəxs yoluxma riski səbəbindən ən azı 12 ay qan verə bilməz.

Kriştiano Ronaldonun niyə saqqal saxlamaması ilə bağlı çoxlu şayiələr var. Bəziləri portuqaliyalı ulduzun gənc görünmək üçün belə bir seçim etdiyini iddia edərkən, bəziləri aktyorun ülgüc brendinin sponsoru olduğu üçün saqqal saxlamadığını bildirir. DÇ-2018-də "keçi saqqalı" saxlayan Ronaldo bunu Kuarejma ilə mərcdən sonra etdiyini açıqlayıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2574   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Messinin göz yaşlarının arxasında nə dayanır?

DÇ-2026-nın 1/8 finalında Misiri dramatik şəkildə 3:2 hesabı ilə məğlub edən Argentina millisi növbəti mərhələyə yüksəlib. Qarşılaşmadan sonra diqqət mərkəzində təkcə nəticə deyil, Lionel Messinin emosional anları da olub. Final fitindən sonra göz yaşlarını saxlaya bilməyən ulduz futbolçu komanda yoldaşlar

8 iyul
.

"Barselona" Jül Kundeni "Mançester Yunayted"ə təklif edib

İspaniyanın "Barselona" klubu müdafiəçisi Jül Kundeni İngiltərənin "Mançester Yunayted" komandasına təklif edib. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün 50 milyon avrodan çox məbləğ tələb edir. Həftəli

4 iyul
.

Azərbaycan Premyer Liqası: Son 5 mövsümdə nə qədər azarkeş olub?

Azərbaycan Premyer Liqasında son 5 ilin tamaşaçı statistikası açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib. Sonuncu 2025/2026 mövsümündə keçirilən 198 oyunda ümumilikdə 285 min 778 tamaşaçı qeydə alınıb və hər qarşılaşmaya orta hesabla 1443 azarkeş düşüb

1 iyul
.

"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?

"Qarabağ"dan ayrılan qanalı futbolçu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Qaynarinfo İtaliya mətbuatına istinadən xəbər verir ki, "Leççe" qanalı forvardla danışıqlar aparır. Klub rəhbərliyi yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün Addain

1 iyul
.

Qurban Qurbanov bu futbolçuları iştirak ərizəsinə salmadı

"Qarabağ" Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə oyunlar üçün iştirak ərizəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Joni Montiel, Jeremi Qnali və qapıçı Martin Zlomisliçi siyahıya daxi

9 iyul
.

"Qarabağ" 1 milyon avroya macar futbolçu transfer etdi

Macarıstanın "Zalaeqerseq" (ZTE) klubunun futbolçusu Bençe Varkoni karyerasını Azərbaycanda davam etdirəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın "Nemzeti Sport" nəşri və transfer xəbərləri üzrə etibarlı mənbə kimi tanınan Saşa Tavolyer məluamt yayıb. Məlumata əsasən

30 iyun
.

"Qarabağ" Ukrayna klubuna uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib. Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib. Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandanı

1 iyul
.

"Qarabağ" bu futbolçusunu 6,8 milyona satır - Danışıqlar yekunlaşır

Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranın transferini yaxın günlərdə rəsmiləşdirməyə hazırlaşır. Qaynarinfo "Glasgow Times"a istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun menecerləri hazırda Şotlandiyadadır və tərəflər müqavilənin yekun şərtlərin

6 iyul
.

ABŞ hökuməti İran millisindən matçdan dərhal sonra ölkədən çıxmağı tələb etdi

ABŞ hökuməti İran milli futbol komandasının oyunçularından DÇ-2026-da qrup mərhələsinin son turunda Misir yığması ilə matç başa çatan kimi ölkəni dərhal tərk etməyi tələb edib. xəbər verir ki, bunu iyunun 27-də İran millisinin baş məşqçisi Əmir Qalenoi "RIA Novosti" agentliyinin sualını cavablandırarkə

28 iyun