Milli Qəhrəman Mübariz İbrahimov evində anıldı - VİDEO
"Canım atam və anam. Məndən ötəri darıxmayın. Vətənin dar günündə artıq ürəyim dözmür. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın" .
Bu sətirlər Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə yazdığı son məktubundandır. Bu məktub yazılan vaxt, 2010-cu ildə, Mübariz İbrahimov hələ şəhid olmamışdan bir az əvvəl onun doğulduğu evin fasadında qaranquşlar yuva salmışdı.
Həmin ilin iyunun 18-də dirisinə yaxın düşə bilməyən ermənilər, qəhrəmanımızın cansız, amma üzündəki şəhidliyin gülərüzlüyünə heyrət və qorxu ilə baxanda elə biz də nə baş verdiyini dərk edə bilmirdik.
Bu gün sözügedən Milli Qəhrəmanımız Mübariz İbrahimovun anım günüdür. Şəhidimiz Biləsuvar rayonunun Əliabad kəndindəki ata evində anılıb. Anım tədbirində şəhidin ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitinə gözlənilməz həmlə edib. 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan hərbçimiz onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Oğlunun şəhid xəbərini təmkinlə qarşılayan anası Şamama İbrahimova deyir ki, oğlunu yuxularında tez-tez görür.
"Şəhid olsam ağlamayın". Bəli, İkinci Qarabağ müharibəsində yüzlərlə şəhid anasına yazılan məktublarda məhz bu cümlə yer alır. "Mübariz kimi olacam ifadələri" həmin məkttublarda xüsusi qətiyyətlə yazılıb. Mübarizin anasını, 44 günlük müharibə zamanı və sonra özlərinin yanında hiss edən, yaraları hələ qaysaq bağlamamış digər şəhid anaları da bu gün milli qəhrəmanın anım gününə toplaşmışdılar.
Adı kimi özü də mübariz olan qəhrəmanımız bu gün Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1328 Tarix: 18 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabr