"Gedin kənarda ticarətlə məşğul olun" - Deputatdan BŞTİ və Təhsil Nazirliyinə sərt sözlər

"Gedin kənarda ticarətlə məşğul olun" - Deputatdan BŞTİ və Təhsil Nazirliyinə sərt sözlər"Azərbaycanın görkəmli şərqşünas alimi, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun qızı Məmmədova Bahar Zakir qızı ilə görüşdüm. Nəzərinizə çatdırım ki, Zakir Məmmədov Eynəlqüzat Miyanəci, Şihabəddin Ömər Sührəvərdi, Şihabəddin Yəhya Sührəvərdi, Əfzələddin Xunəci, Siracəddin Urməvi və başqa Azərbaycan filosoflarının əsərlərinin tədqiqatçısı, habelə Bəhmənyarın üç kitabdan (məntiq, metafizika, fizika) ibarət "Təhsil" traktatı əsasında monumental "Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir" monoqrafiyasını yazmışdır. O, Nəsirəddin Tusinin irsini hərtərəfli və geniş şəkildə araşdırıb. Qəbulda alimin qızı Bahar Məmmədova ona edilən haqsılıqlardan danışdı. Bəlli oldu ki, Təhsil sistemindəki mütəşəkkil şəbəkənin insanlığa sığmayan hərəkətləri bu xanıma da gəlib çatıb".

Bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

Deputat qeyd edib ki, Bahar Məmmədova 1994-cü ildən Xətai rayonu, 98 nömrəli tam orta məktəbdə kimya müəllimi (BDU məzunu) işləyir: "2016-cı ildə direktorluğa imtahan verib. 2017-ci ildən təlim-tərbiyyə işləri üzrə direktor müavini işləyir. 2021-ci ildə Təhsil nazirinin əmri ilə 13 dekabr 2021-ci ildən 2022-ci ilin 13 martına qədər direktor vəzifəsini icra edib. Daha sonra 2022-ci ilin 30 mart tarixindən iyun ayının 30-na kimi direktor vəzifəsini icra müddəti artırılıb. Əmr ola-ola 2022-ci ilin aprel ayının 8-də məktəbə yeni direktor təyin olunub. Həmən direktor Məhərrəmova Yeganə Fərman (Pedaqoji Universitet-filologiya ixtisası) qızıdır. Bu xanım 2015-ci ildə direktor müavini vəzifəsini tutmaq üçün imtahan verib. 2017-ci ildə 257 nömrəli məktəbdə direktor müavini işləyib. 2019-2021 ci illərdə 90 nömrəli orta məktəbdə direktor vəzifəsini icra edib. Töhmətlə işdən xaric edilib. 4 ay işsiz qaldıqdan sonra direktorluğa imtahan vermədən 98 nömrəli məktəbə direktor təyin edilib. 98 nömrəli məktəbin kollektivi kənardan gələn və bioqrafiyası qüsurlu olan Yeganə Məhərrəmovanın təyinatına etiraz əlaməti olaraq nazirə kollektiv müraciət ünvanlayıblar. Kənardan gətirilmə hərəkatının bircə adı var: kollektivdə qarşıdurma yaratmaq. Görəsən nazirin bu işdən xəbəri varmı?"

"Görəsən 28 il bir məktəbdə kimya müəllimi işləyən, məktəbdə vəzifə tutan və kristal bioqrafiyaya malik olan bir xanımı kənar məktəblərin birindən töhmətlə uzaqlaşdırılmış birisi ilə əvəz etməyin adı nədir? Belə halların sayı yüzlərlədir. Maddi maraq bu qədərmi gözlərinizi tutub? Ölkədə Təhsil nazirliyində və Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) oturan təhsil dəllallarının adını hamı bilir: məhəbbətvəliyevaların rəfiqləri və rəfiqələri, fuadbabayev kimilərin özü və rəfiqələri: niyə Azərbaycan məktəblərini düşünülmüş, məqsədyönlü və təşkilatlanmış şəkildə məhv edirsiniz? Gedin kənarda ticarətlə məşğul olun. Təhsil çetesindən cana doyanlar imdad diləyirlər..." -E.Əliyev əlavə edib./Pravda


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1343   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr