Əli Nəsirli: "Bu gün Özbəkistan-Azərbaycan münasibətlərinə yeni nəfəs, yeni ruh verildi"

Əli Nəsirli: "Bu gün Özbəkistan-Azərbaycan münasibətlərinə yeni nəfəs, yeni ruh verildi"Xəbər verdiyimiz kimi, iyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

Metbuat.az xəbər verir ki, mərasimdə əslən Şuşadan olan Özbəkistan Yazıçılar Birliyinin üzvü Əli Nəsirli çıxış edib. O, əməyinin yüksək qiymətləndirildiyini, Özbəkistanın "Dostluq" ordeni ilə təltif olunduğunu vurğulayaraq deyib:
"Özbəkistanda yaşayan 41 min azərbaycanlının 3 min nəfəri mənim yaşadığım Sırdərya vilayətində yaşayır. Yeni Özbəkistanın böyük gələcəyi üçün hamımız birlikdə səmimi qəlbdən çalışırıq. Mən bir yaradıcı şəxs kimi bildirmək istəyirəm ki, bizim dostluq və qardaşlıq ənənələrimizin tarixi kökləri çox qədimdir. Bunu klassik şairlərimizin, alimlərimizin əsərlərində, onların bir-biri ilə münasibətlərində aydın görmək olar. Uzağa getməyək, astronomiya elminin dahisi Mirzə Uluqbəyin ən sevimli şagirdi Əli Quşçu azərbaycanlı olub. Möhtərəm ümummilli lider Heydər Əliyevin yurddaşı, Azərbaycanın böyük dramaturqu Hüseyn Cavid hələ 1925-ci ildə "Əmir Teymur" dramını yazıb".

Ə.Nəsirli bu gün Özbəkistan - Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, yeni nəfəs, yeni ruh verildiyini bildirib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışının bizim üçün fəxr olduğunu qeyd edib:

"Bu yer bizim üçün dostluq və qardaşlıq məkanıdır. Əminəm ki, burada dostluğa və qardaşlığa xidmət edən əsərlər yaranacaq. Mən sizə bunun üçün dərin minnətdarlığımı bildirirəm".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1590   Tarix: 21 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr