Milli məclisdə İran İslam Respublikası İslam Şurası Məclisinin deputatları ilə görüş keçirilib

Milli məclisdə İran İslam Respublikası İslam Şurası Məclisinin deputatları ilə görüş keçirilibİyunun 23-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova İran İslam Respublikası İslam Şurası Məclisinin deputatları Sumayyə Rəfii və Zöhrə Sadər Lacevərdi ilə görüşüb.

Sonxeber.az-ın məlumatına görə, komitə sədri qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edərək, bildirib ki, ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Parlamentlər, müvafiq dövlət qurumları arasında yaxşı əməkdaşlıq mövcuddur.

Hicran Hüseynova Azərbaycanın dünyəvi, demokratik dövlət olduğunu, ölkəmizdə qadınların hələ 1918-ci ildə seçmək və seçilmək hüququ qazandıqlarını söyləyib. Bu gün  qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini deyən komitə sədri Milli Məclisin, onun komitələrinin rəhbərliyində qadınların təmsil olunduğunu bildirib. O, Milli Məclisdə gender bərabərliyi, ailə, uşaq məsələlərinə aid qəbul edilən qanunlardan bəhs edib.

Komitə sədri torpaqlarımızın uzun müddət erməni işğalı altında olduğunu deyərək, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda azad edilmiş torpaqlarda geniş quruculuq işləri həyata keçirilir. Qaçqınların öz doğma yurdlarına tezliklə qayıtması üçün lazımi şərait yaradılır. O, ölkəmizdə şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da bəhs edib. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verib.

İran İslam Şurası Məclisinin deputatları Sumayyə Rəfii və Zöhrə Sadər Lacevərdi səmimi görüşə görə təşəkkürlərini bildiriblər. Qonaqlar İran parlamentinin strukturu, qadınların parlamentdə təmsilçiliyi barədə məlumat veriblər. İranlı deputatlar İran İslam Şurası Məclisinin komitələri, o cümlədən Ailə, qadın və uşaq, Mədəniyyət və Ətraf mühit komitələrinin fəaliyyətindən bəhs ediblər. Onlar bu sahələrdə ölkələrində həyata keçirilən layihələr, qəbul edilən qanunlar, cəmiyyətin maarifləndirilməsi istiqamətində görülən işlər barədə danışıblar.

Söhbətdə tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Sevil Mikayılova, Ramin Məmmədov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Sayed Ali Mousavi və digər rəsmi şəxslər iştirak ediblər.
Milli məclisdə İran İslam Respublikası İslam Şurası Məclisinin deputatları ilə görüş keçirilibMilli məclisdə İran İslam Respublikası İslam Şurası Məclisinin deputatları ilə görüş keçirilib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 840   Tarix: 24 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr