Yayda ucuz və sərfəli istirahət üçün nə etməli? - ARAŞDIRMA + FOTO

Yayda ucuz və sərfəli istirahət üçün nə etməli? - ARAŞDIRMA + FOTOHər kəs yay fəslinin gəlişini səbirsizliklə gözləyir. Uzun ayların iş gərginliyini atmaq üçün kimsə bölgələrə üz tutmağa üstünlük verirsə, xüsusən gənclər bu imkandan xarici ölkələri görmək, gəzmək məqsədilə yararlanmaq istəyirlər.

İstənilən səyahət birbaşa büdcədən asılı olan məsələdir. İl ərzində səyahət büdcənizi toplayaraq planlarınızı gerçəkləşdirə bilərsiniz.

Ötən iki il ərzində koronavirus pandemiyası bir çox səyahətsevərin yay planlarını pozdu. Amma indi şərait bir qədər yumşalıb, səyahət etmək yenə də öz əlimizdədir.

İsti yay günlərindən qaçıb, vaxtımızı ən ucuz və sərfəli şərtlərlə necə maraqlı keçirə bilərik?

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də "bu qədər səyahət xərclərini necə qarşılayırsınız?" sualı olur. Həqiqətən də, tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma ölkə daxilində gəzmək nisbətən daha sərfəli başa gəlir.

Eyni zamanda, istər ölkədaxili, istərsə də xarici səfərlərdə turistlərlə həmsöhbət olan zaman növbəti dəfə bir başqa səfərinizi necə daha ucuz edə biləcəyinizə dair maraqlı məlumatlar əldə etmiş, öyrənmiş olursunuz.

Bəs ən qısa zamanda, ən sərfəli səyahət üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı sınanmış məsləhətləri almaq istədik. Mövzu ilə əlaqədar Oxu.Az-la fikirlərini bölüşən Ağa Mehtiyev 170 kilometr məsafəni səkkiz günə qət etmişdi.
A.Mehtiyevin sözlərinə görə, səyahət özlüyündə böyük bir prosesdir və burada bilik əldə etməklə yanaşı, biznes ideyalarını da inkişaf etdirmək mümkündür:

"Bu günə qədər istirahət üçün Türkiyə ərazisini seçənlərə tövsiyəm bu dəfə Xorvatiyanı dəyərləndirmələridir. İstirahət üçün maddi durum icazə verirsə, Xorvatiyanın Dubrovnik, Split və digər ərazilərinə gedə bilərlər. Monteneqro da tarixi yerləri sevənlər üçün ideal seçimdir. Orada fərqli-fərqli adalar, sahillər var ki, yayı daha məhsuldar keçirə bilərlər".

Maddi durum baxımından çətinlik çəkənlər üçün isə ölkə daxilində istirahət seçimlərinin daha münasib olduğunu deyən A.Mehtiyev bu il xarici ölkələrə təşkil olunan istirahət turlarının həddən artıq bahalaşdığını bildirib:

"Keçən həftə Türkiyənin İstanbul şəhərində və Gürcüstanda, Tbilisidə oldum. Biletlər həddən artıq bahadır. Bu il Bakıda dəniz yaxınlığında kirayə mənzillərlə maraqlansınlar. Eyni zamanda regionlarda da icarəyə ev götürmək və daha keyfiyyətli istirahət etmək mümkündür".

Mövzu ilə əlaqədar sosial şəbəkə istifadəçilərinin də rəylərini öyrəndik. Bir qrup Türkiyəyə Naxçıvandan keçərək İğdır vilayətindən gedilməsinin daha münasib qiymətə başa gəldiyini deyir. Digər qrup isə biletlərin aylar əvvəl alınmasını tövsiyə edir. Lakin məlum pandemiya vəziyyəti bu kimi planların gözlənilmədən ertələnəcəyi riskini artırdığı üçün onu da dəyərləndirmək olmur.

Necə deyərlər, "soğan olsun, nağd olsun". Odur ki, sosial şəbəkə istifadəçilərinin ümumi rəylərindən bu nəticəyə gəlmək olar ki, bu il istirahət edənlərin əksəriyyəti regionlara üz tutacaq.

Qiymət məsələsinə gəldikdə isə, xarici ölkələrə üz tutanlardan əksəriyyətinin Türkiyəyə üstünlük verməsi ilə bağlı kiçik araşdırma etdik. Türkiyədə bir nəfərin normal həftəlik istirahət paketi 1500-1800 dollar arasında dəyişir. Hazırkı valyuta məzənnəsi ilə bu, 2550 AZN edir. Ailə ilə istirahətə gedənlər üçün təbii ki, bu məbləğ çox bahadır. Lakin 2550 AZN ilə bir ailə Azərbaycanın istənilən bölgəsində icarəyə verilən evlərdə rahat istirahət edə bilər. Bölgələrdə evlərin günlük icarə haqları 30 manatdan 250 manata qədər dəyişir. Villalar isə 300 manatdan yuxarı qiymətlərə təklif edilir. Qiymətlər evin təchizat məsələsindən asılı olaraq dəyişir.

Araşdırmadan belə qənaətə gəldik ki, məşhur deyimdəki "qərib ölkə" xəyallar üçün yaxşı olsa da, orada gəzmək ailə büdcəsi üçün fəlakətdir.

İstənilən halda hər kəsə xoş istirahətlər arzu edirik... /oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1433   Tarix: 28 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021