Ayı dəhşət saçdı: Mədəsindən çıxanlar ŞOKA SALDI

Ayı dəhşət saçdı: Mədəsindən çıxanlar ŞOKA SALDIYaponiyada baş vermiş "Sankebetsu" adlı hadisəni bir çoxları eşidib. Tarixin ən dəhşətli ayı hücumlarından biri olan bu faciə çox sayda insan ölümünə səbəb olub.

Lent.az həmin faciəvi hadisənin qısa məzmununu təqdim edir:

1915-ci il dekabr ayının 9-u Yaponiyada boz bir ayı qış yuxusundan erkən oyanaraq bir neçə evə hücum edib. Ayının seçdiyi ilk ev İkeda ailəsinin olub. Ayı əvvəlcə evdəki qarğıdalıları götürərək oradan uzaqlaşıb. Təhlükənin keçdiyini düşünən ailə sakitləşsə də, bir müddət sonra ayı yenidən geri qayıdıb. Bu dəfə İkeda ailəsi çox narahat olub və tədbir görmək istəyiblər. Amma ayı təəssüf ki, bu dəfə də qaçıb.
Ayı dəhşət saçdı: Mədəsindən çıxanlar ŞOKA SALDIBir neçə gün sonra ailə üzvləri yenidən peyda olan ayının arxası ilə gedib onu tüfənglə vurublar. Yolboyu qan ləkələri görən ailə onun öldüyünü düşünüb və bir daha onu görməyiblər.

Daha sonra həmin gün boz ayı başqa bir evə hücum edib. Ayının budəfəki qurbanı Ota ailəsi olub. Hücum zamanı Mayu adlı qadın və onun körpəsi Mikio içərdə olub. Ayı əvvəlcə körpənin başını dişləyərək onu öldürüb. Anası uşağın öldüyünü görəndən sonra qaçmağa cəhd edib. Amma ayı onu da tutaraq meşəyə aparıb. Həmin gün Ota ailəsinin evi qan gölünə çevrilmişdi. Mayudan xəbər yox idi. Onu tapmaq üçün dərhal 30 nəfərdən ibarət axtarış qrupu yaradılıb. Onlar meşədə ayı ilə qarşılaşıblar və ona 5 dəfə atəş açıblar. Onlardan ancaq biri ayıya dəyib. Ancaq bu da onu dayandırmayıb və qaça bilib.

Ayı qaçandan sonra axtarış qrupu Mayunun meyitini tapıb. Mayudan geriyə yalnız başı və ayaqlarının bir hissəsi qalıbmış...
Ayı dəhşət saçdı: Mədəsindən çıxanlar ŞOKA SALDIBir neçə gün keçəndən sonra boz ayı bu dəfə Miyoke ailəsinin evinə basqın edib. Yayo adlı qadın mətbəxdə axşam yeməyini hazırlayarkən səs-küy eşidib. Pəncərədən qəfil içəri girən ayı Yayo və onun kiçik oğluna hücum çəkib. Hadisə yerinə gələn polis onların öldüyünü düşünsə də, Yayonun yaralandığını görüblər. Ancaq onun oğlu Yujironu xilas etmək mümkün olmayıb.

Bundan sonra Hokkaydo hökuməti ayını tutmaq üçün snayperlər qrupu yaradıb. Onların fikrincə, ayı öldürdüyü insanların meyitlərini götürmək üçün geri dönəcək. Bunun üçün də qurbanların cəsədləri ilə ayını tələyə salmaq qərarına gəliblər. Mərhumların ailəsi əvvəlcə bu plana razı olmasalar da, sonradan digər insanların təhlükəsizliyi üçün qəbul ediblər.

Onların proqnozları düz çıxıb. Ayı Miyoke ailəsinin evinə qayıdıb. Lakin o evin içinə baxaraq sürətlə oradan uzaqlaşıb və meşə tərəfə qaçmağa başlayıb. Onun arxası ilə gedən dəstə üzvləri, nəhayət onu vurmağa nail olublar.
Ayı dəhşət saçdı: Mədəsindən çıxanlar ŞOKA SALDIYarılma nəticəsində ayının 340 kiloqram ağırlığında və 2,7 metr uzunluğunda olduğu məlum olub. Məlumata görə, ayının mədəsində öldürülən qurbanların, yəni onlarla müxtəlif insanların müəyyən hissələri aşkarlanıb.

Yaponiyada "Sankebetsu Rokusen Hadisəsi" kimi tanınan boz ayı hücumu hələ də bura gələn turistləri narahat edir. Hətta şəhər əhalisinin gecələri çölə çıxmamağı da xahiş olunur. 1915-ci ildə baş verən faciə bir çox romanlara, sənədli filmlərə, pyeslərə mövzu olub.
Ayı dəhşət saçdı: Mədəsindən çıxanlar ŞOKA SALDIHəmin ərazidə "Tomamae Xalq Muzeyi" yaradılıb. Muzeyi ziyarət edənlər gördüklərinin bir canlandırma olmasına baxmayaraq dəhşətə gəldiklərini deyirlər. Muzey rəhbəri isə oranı ziyarət etmək istəyənlərin mütləq səhər saatlarında gəlmələrini, axşam saatlarında ayılarla qarşılaşma ehtimalının olacağını bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1917   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021