Dünyada ilk: Venesiyaya giriş pullu olacaq
2023-cü ilin yanvarından İtaliyanın Venesiya şəhəri ziyarətçilərdən giriş haqqı almağı planlaşdırır. Bu, dünyada belə bir qayda tətbiq edən ilk şəhər olacaq.
Bu barədə cümə günü Venesiya Şəhər Şurası məlumat yayıb.
Venesiya Şəhər Şurasının cümə axşamı qəbul etdiyi qərara əsasən, 2023-cü il yanvarın 16-dan etibarən şəhərə giriş ödənişli olacaq və mövsümdən asılı olaraq 3 avrodan 10 avroya qədər təşkil edəcək.
Həmçinin şəhərdə turistləri dayandırmaq və onlardan giriş üçün ödənişi təsdiqləmələrini tələb etmək haqqına sahib olan səlahiyyətli müfəttişlər olacaq. Qanun pozuntusu halında Venesiya ziyarətçilərini cərimə gözləyir.
Yığılan vəsait Venesiyada zibillərin yığılması xərclərinin azaldılmasına sərf olunacaq ki, şəhərdə bu kommunal xidmətin qiyməti İtaliyanın digər yerlərindən bahadır.
Eyni zamanda Venesiyaya bir gecəlik gələn turistlər, şəhər sakinləri, eləcə də onların qonaqlarının giriş haqqını ödəməsi məcburi olmayacaq - bunun üçün onlar xüsusi platformadan (2022-ci ilin sonuna qədər hazır olacaq) sertifikat yükləyə biləcəklər.
"(Təşəbbüsün məqsədi) ilin müəyyən vaxtlarında bir günlük turizmin qarşısını almaq və şəhərin zərifliyinə və unikallığına uyğun olaraq çoxgünlük turizmi təşviq etməkdir", - deyə Venesiya Şəhər Şurasından açıqlama verilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 967 Tarix: 02 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə iğtişaşların vurduğu ziyan 1 milyard avronu keçdi
Fransadakı kütləvi iğtişaşlar sığorta şirkətləri üçün etirazların yaratdığı ən bahalı hadisələrdən birinə çevrilə bilər. xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib. Morningstar DBRS analitiklərinin fikrincə, sığortaçıların məruz qaldığı itkilər 1,2 milyard avroya çata bilər. Əgə
21 oktyabrŞahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd
21 oktyabrTrampın xüsusi nümayəndəsi danışıqlar üçün Rusiyaya gedib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar aparmaq üçün yenidən Rusiyaya səfər edib. xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov bildirib. Onun səfəri Osloda Vladimir Zelenski ilə görüşdən bir gün sonra baş tutacaq
21 oktyabrMonteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir
Monteneqro Rusiya vətəndaşları üçün noyabrın 1-dən viza rejiminin tətbiqi barədə Rusiyanı rəsmi şəkildə məlumatlandırıb. APA xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik bildirib. Diplomatın sözlərinə görə, Monteneqro tərəfi 2008-ci il sentyabrın 24-də iki ölkə arasınd
21 oktyabrFransada baş verən iğtişaşlardan sonra 123 nəfər həbs edilib
Fransanın ədliyyə naziri Cerald Darmanin bildirib ki, etirazlar ölkə daxilində iğtişaşlara çevrildikdən sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib. xəbər verir ki, nazir "Europe 1" radiostansiyasına və CNews telekanalına verdiyi müsahibədə bildirib ki, "hazırda 123 nəfər həbsdədir
20 oktyabrHindistanın ən böyük bankında 3 897 müştərinin məlumatları oğurlanıb
Hindistan Dövlət Bankı (SBI) kiberhücum nəticəsində 3 897 müştəriyə aid fərdi məlumatların qaranlıq internetdə (darknet) yayıldığını açıqlayıb. xəbər verir ki, "Reuters" agentliyinin oktyabrın 21-də yaydığı məlumata görə, ilkin araşdırma zamanı müştərilərin adlarının, mobil telefon nömrələrinin
21 oktyabr