Əhalinin kreditlərə olan marağının azalmasının səbəbi nədir?

Əhalinin kreditlərə olan marağının azalmasının səbəbi nədir?2015-ci il devalvasiyalarından əvvəl əhalinin kreditlərə yanaşması fərqli idi. İnsanlar işlərini kredit götürməklə həll edirdilər. Devalvasiyadan sonra isə kreditlərə münasibət dəyişdi. Bu proses uzun müddət davam etdi və davamlı olaraq banklar kredit götürən müştəri cəlb etmək üçün müəyyən kampaniyalar həyata keçirdilər. Son vaxtlar kredit götürənlər yenidən artır, amma yenə də o vaxtkı aktivlik yoxdur.

Sonxber.az xəbər verir ki, bu barədə Kaspi qazetində məqalə dərc edilib.

Üstəlik, devalvasiyadan öncəki ilə bu günün problemli kreditlərinin məbləğində də fərq böyükdür. Devalvasiyadan öncə - 2014-cü ildə problemli kreditlərin həcmi 1 milyard manat səviyyəsinə çatmışdı. Devalvasiya dövründə bu məbləğ çoxalsa da, hazırda 700 milyon səviyyəsindədir.

Problemli kredit məbləğinin az olması nəyin göstəricisidir? Ümumiyyətlə, hazırda əhalinin kreditlərə yanaşması, kredit savadlılığı necədir?

2015-ci il devalvasiyalarından əvvəl əhalinin kreditlərə yanaşması fərqli idi. İnsanlar işlərini kredit götürməklə həll edirdilər. Devalvasiyadan sonra isə kreditlərə münasibət dəyişdi. Bu proses uzun müddət davam etdi və davamlı olaraq banklar kredit götürən müştəri cəlb etmək üçün müəyyən kampaniyalar həyata keçirdilər. Son vaxtlar kredit götürənlər yenidən artır, amma yenə də o vaxtkı aktivlik yoxdur.

Üstəlik, devalvasiyadan öncəki ilə bu günün problemli kreditlərinin məbləğində də fərq böyükdür. Devalvasiyadan öncə - 2014-cü ildə problemli kreditlərin həcmi 1 milyard manat səviyyəsinə çatmışdı. Devalvasiya dövründə bu məbləğ çoxalsa da, hazırda 700 milyon səviyyəsindədir.

Problemli kredit məbləğinin az olması nəyin göstəricisidir? Ümumiyyətlə, hazırda əhalinin kreditlərə yanaşması, kredit savadlılığı necədir?

İqtisadçı Xalid Kərimli deyir ki, devalvasiyadan öncə insanların kredit savadlılığının az olması ilə yanaşı, banklar da məsuliyyətsiz kreditləşməyə gedirdilər:

"Bunda günahkar banklar da deyildi. 2010-cu illərdə əhalinin gəlirlərinin, əməkhaqqılarının rəsmiləşdirilməsi indiki ilə müqayisədə xeyli az idi. Ona görə, banklar insanların təkcə rəsmi deyil, eyni zamanda qeyri-rəsmi gəlirlərinə də baxırdılar. Bəzən də bu ona gətirib çıxarırdı ki, banklar kimə gəlirdi vəsait verirdilər. Mərkəzi Bank da banklar üzərində nəzarəti kifayət qədər təşkil etməmişdi. Banklar məsuliyyətsiz surətdə kreditləşməyə gedirdilər. Bu, sonradan bankların özü üçün də problemə çevrildi".

X.Kərimlinin sözlərinə görə, 2015-ci illə müqayisədə həm bankların üzərində nəzarət artıb, həm banklar böhranlardan dərs çıxarıb, həm insanların gəlirləri rəsmiləşir, həm də əhalinin müəyyən qədər kredit savadlılığı artıb: "Banklar bu gün daha çox nəzarətli və məsuliyyətli kredit verirlər. Problemli kreditlərin çoxalmasında günahın nə qədəri müştəridə idisə, bir o qədəri də bankda idi. Hər ikisi bir az məsuliyyətlənib".

Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədli deyir ki, 2015-ci il devalvasiyalarından öncə istehlak krediti götürən insanların sayının indiki ilə müqayisədə çox olmasının səbəbləri var idi. O səbəblərdən biri o zaman banklar arasında "Kim daha çox kredit verəcək?", "Kim daha çox müştəri cəlb edəcək?" yarışı idi. Digər səbəb isə o vaxt istehlak kreditlərində maksimum həddin tətbiq olunmaması idi:

"Müştəri banklara yaxınlaşırdı, bir bank 3000, biri 5000, digəri 7000 verə biləcəyini deyirdi. Daha çox riskə gedən bank daha çox müştəri cəlb edirdi. Bunun fəsadları sonradan üzə çıxdı. Sonra Mərkəzi Bank tərəfindən borcun gəlirə nisbəti əmsalı tətbiq olunmağa başladı. Bu əmsal bankdan asılı olmayaraq bir vətəndaşa verilə biləcək kreditin maksimum həcmini müəyyən edir. İndi vətəndaşın aylıq kredit ödənişlərinin cəmi onun ümumi rəsmi gəlirinin maksimum 45 faizi qədər ola bilər. Bütün banklarda müştəriyə eyni cür yanaşılır. Bu da artıq kredit alanların sayında azalmaya gətirib çıxarıb. Çünki bundan əvvəl həmin vətəndaş hansısa bankdan 5000 kredit götürə bilirdisə, indi hansı banka getsə, 2500-dən artıq ala bilmir".

X.Məmmədli deyir ki, istehlak kreditləri götürənlərin az olmasının digər önəmli səbəbi insanların kreditlə bağlı maariflənməsidir:

"Devalvasiyalardan sonra mənasız yerə borclanmaq, ehtiyac olmadığı halda bankdan vəsait almaq, boşuna faiz ödəmək kimi məsələləri də insanlar başa düşməyə başladılar. Başa düşürlər ki, krediti almaq asandır, amma ödəmək zaman tələb edir. Çox vacib deyilsə, hər ay o kredit üçün büdcədən vəsait ayırmağa lüzum görmürlər. Mətbuat və Mərkəzi Bank tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır, maliyyə savadlılığı tədbirləri təşkil olunur. Banklar da kredit üçün yaxınlaşan şəxslərə izah edirlər ki, ehtiyacdan artıq pul götürməsinlər. Çünki banklara da sərf etmir ki, vətəndaş əsassız yerə pul götürsün, sonra ödəməkdə problem yaransın".

X.Məmmədli qeyd etdi ki, kredit savadlılığının artmasının bir göstəricisi də artıq insanların kimə gəldi zamin durmamaqlarıdır:

"Devalvasiyadan öncə, çox adam deyirdi ki, filankəs xahiş etdi, "yox" deyə bilmədim. Zaminliklə bağlı da devalvasiyadan sonra kifayət qədər maarifləndirmə işi getdi. İndi artıq insanlar münasibətə görə məcbur qalıb etibar etmədikləri, maddi vəziyyəti yaxşı olmayan adamlara zamin durmurlar".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1445   Tarix: 03 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml

26 sentyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn

28 sentyabr
.

Qızıl qiymətlərində son vəziyyət

Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl

2 oktyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 12,2 % çoxdur. Bankların aktivlərinin 30 milyard 841,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlə

25 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını

1 oktyabr