Erməni "media kapitanı": "Uçurumdan üzü aşağı gedirik"
"Ermənistan artıq uçurumun kənarında deyil, uçuruma yuvarlanıb. Nikol Paşinyan hökuməti demokratiya pərdəsi altında repressiya ilə məşğuldur. 2018-ci ildən belədir. Həqiqəti yazan və danışan jurnalistlər təhdid edilir. Doğrunu deyənlər təqib olunurlar".
Bunu erməni jurnalist, "Hayeli.am" saytının rəhbəri Anjela Tovmasyan deyib.
"Media kapitanı" Anjela Tovmasyan bildirib ki, hazırkı hökumət ölkəni düşürdükləri çətin durumdan çıxarmaq əvəzinə repressiya ilə məşğuldur:
"2018-ci ildən bəri onlarla jurnalist həbs olunub, döyülüb. Məni də təqib edirlər. Bir neçə gün əvvəl gecə qapımı döydülər. Dedilər ki, milli təhlükəsizlik komitəsindəndirlər. Məlum oldu ki, evimə girmək istəyirlər. O saat anladım ki, bu barədə göstərişi elə Paşinyanın özündən alıblar. Hətta həbs oluna bilərəm. Mənim və jurnalist dostlarım üçün belə bir təhlükə var. Çünki o, doğru danışanları bu ölkədə görmək istəmir. Ölkəni yumruqla və zor gücünə idarə etməyə çalışır. Bunu vaxtilə jurnalist kimi fəaliyyət göstərən birisi edir. Ölkənin problemi başdan aşır, onlar isə öz kresloları üçün döyüşürlər. Ölkənin müstəqilliyi təhdid altındadır, onlar başqa işlərlə məşğul olurlar. İndidən deyirəm, artıq uçurumdan üzü aşağı gedirik"./Modern
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1170 Tarix: 03 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr