İran xaricdən bank sisteminə girişi kəsdi
İran kiberhücumların qarşısını almaq üçün xaricdən bank sisteminə girişi müvəqqəti olaraq bloklayıb.
Sonxeber.az xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.
Məlumatda məhdudiyyətlərin kibertəhlükələrin qarşısını almaq üçün səlahiyyətlilərin tövsiyəsi ilə həyata keçirildiyi vurğulanıb.
Son illərdə İsrailin ittiham olunduğu bir sıra kiberhücumlarla üzləşən İran İsrailə qarşı kiberhücumlar təşkil etməkdə də günahlandırılır.
Belə ki, sonuncu dəfə iyunun 27-də İranın ən böyük şirkətlərindən birinə hücum olub
İran iyunun 14-də İsraildə yerləşən "Check Point Research" kibertəhlükəsizlik şirkətinə kiberhücumda ittiham olunub.Hücumda İsrailin keçmiş xarici işlər naziri Tzipi Livni və ABŞ-ın Tel-Əvivdəki keçmiş səfiri də daxil olmaqla yüksək rütbəli İsrail və ABŞ rəsmilərinin hədəfə alınıb. Elektron poçtu ələ keçirən hakerlərin iranlı olduğu ehtimal olunub.
Qeyd edək ki, İranda iyunun 27-də ölkənin ən böyük polad şirkətlərindən biri Xuzistan əyalətində kiberhücuma məruz qalıb və hücumdan sonra şirkətə məxsus 3 obyektdə istehsalın dayandırıldığı açıqlanıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1016 Tarix: 05 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?
Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr
21 iyulÜST xərçəng xəstəliyindən qorunmağın effektiv üsullarını açıqladı
Spirtli içkilərdən və tütün məmulatlarından imtina onkoloji xəstəliklərin profilaktikasında ən effektiv üsullardan biridir. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyindən RİA Novosti-yə məlumat verilib. Təşkilatın məlumatına görə, ən təsirli yanaşma HPV və hepati
19 iyulFransada tıxacların uzunluğu rekord həddə çatıb
Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ
19 iyulİranda 2 zəlzələ oldu - Yaralılar var
İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib
20 iyulTəkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət
Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını
20 iyulSüni intellekt artıq dünyanı məhv etməyə başlayıb - Yeni ARAŞDIRMA
Süni intellekt infrastrukturunun inkişafı təkcə texnoloji irəliləyiş deyil, həm də ciddi ekoloji problemə çevrilir. Süni intellektin sürətli inkişafı güclü hesablama sistemlərini dəstəkləmək üçün getdikcə daha çox məlumat mərkəzlərinin yaradılmasını tələb edir. Lakin texnoloji tərəqqi ilə yanaşı, ekoloj
19 iyul