Xuraman Muradova - Milan Hospitalın sahibkarı, şərəfli, qeyrətli və xeyirxah iş qadını

Xuraman Muradova - Milan Hospitalın sahibkarı, şərəfli, qeyrətli və xeyirxah iş qadınıXeyirxahlıq insanın dostu, yoldaşı və qardaşıdır. Bu insanlar elə anadan xeyirxah doğulurlar, onların bu xüsusiyyəti yaşa dolduqca əməllərində əks olunur. Hər zaman təmənnasız, heç bir əvəz ummadan insanlara yaxşılıq etmək barədə düşünürlər.

Uca Yaradan bizə göndərdiyi müqəddəs kitablarında həmişə yardımlaşmanı əmr edir: "Bir-birinizlə yaxşılıq etmək, pislikdən uzaq durmaq üçün yardımlaşın!.. "

Haqqında söhbət açacağım xanım da öz xeyirxahlığı ilə ölkəmizdə tanınan iş adamlarındandır.

Xuraman Muradova - düşünürəm ki, bu ad Azərbaycanda insanlara çox tanışdır.

Onun xeyirxahlıq mələyi olduğunu bilməyən yoxdur.

Oksford Akademiyasının fəxri professoru Xuraman xanımın rəhbərliyi altında fəaliyyət göstərən "Milan Hospital" bu gün gecə-gündüz insanlarımızın sağlamlığı keşiyində mətin dayanıb. Burada çalışan yüksək səviyyəli, peşəkar həkimlərin və dünya standartlarına cavab verən tibbi avadanlıqların sayəsində Hospitala müraciət edən pasiyentlərin sayı günü-gündən artır. Xuraman xanım on beş ildir ki, tibb sahəsində çalışır, bir sahibkar kimi xalqımıza bu müqəddəs yolda xidmət edir.

İş qadını olaraq əvvəllər də bir çox sahədə insanlara yardımını əsirgəməyən Xuraman xanım 2014-cu ildə yaratdığı "Milan Hospital"da neçə-neçə xəstəyə sağlamlıq bəxş edib.

Bu klinikaya üz tutan heç bir xəstə naümid geri qaytarılmayıb. Şəhid ailələrinə, Vətən müharibəsi qazilərimizə bu tibb müəssisəsində xüsusi münasibət var. Burada yüzlərlə qazimiz və onların ailə üzvləri təmənnasız olaraq müalicə alıb sağlamlığına qovuşub. İstər Birinci Qarabağ müharibəsinin, istərsə də Vətən müharibəsinin qaziləri, o cümlədən torpaqlarımızın azadlığı uğrunda şirin canından keçmiş şəhidlərimin ailə üzvləri burda hörmətlə qarşılanır, təmənnasız müayinə və müalicə alır.

Qazilərimiz onu "xeyirxah mələk" adlandırırlar.

Ona görə də də, Xuraman xanımın Şuşa fatehi - Xususi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, korpus komandiri general-mayor Mais Bərxudarov, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini, Qərargah rəisi general-mayor Fazil Ağalarov tərəfindən Fəxri Fərmanlara layiq görülməsi təsadüfi deyil.

Xuraman xanım Vətən muharibəsində cəbhəyə göstərdiyi köməyə görə və həmçinin qazilərimizə, şəhid ailələrinə göstərdiyi təmənnasız müalicələrə görə də Abşeron rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülüb. O, eyni zamanda Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən medalla təltif olunub.

Bu gün cəmiyyətdə belə bir fikir formalaşıb ki, Azərbaycanda səhiyyə yaxşı vəziyyətdə deyil və müalicə üçün insanlar xaricə üz tutur.

Amma Xuraman xanımın rəhbərlik etdiyi bu hospital cəmi səkkiz ildə təkcə Azərbaycanda yox, həm də Türkiyədə, İranda, Rusiyada, Gürcüstanda, Orta Asiya respublikalarında məşhurlaşıb. Çünki həmin ölkələrdən də bura çoxlu xəstə gəlib, müalicə olunublar. Elə Təbrizdə yaşayan, Cənubi Azərbaycanın məşhur şairəsi Ziynət xanım Tədəyyün də "Milan Hospital"da sağalıb.

"Milan Hospital" həmçinin Türkiyədə "Azərbaycanın ən yaxşı klinikası" mükafatına layiq görülüb.

İnsan üçün həyatda ən vacib olandandan biri də can sağlığıdır. Necə deyərlər, sağlam bədəndə həmişə sağlam ruh olur. Ona görə də, canımızın qayğısına qalanlara böyük minnətdarlıq hissi duyuruq.

Eşidirsiz, Xuraman xanım, minnətdarıq!

Xuraman Muradova - Milan Hospitalın sahibkarı, şərəfli, qeyrətli və xeyirxah iş qadınıXuraman Muradova - Milan Hospitalın sahibkarı, şərəfli, qeyrətli və xeyirxah iş qadınıXuraman Muradova - Milan Hospitalın sahibkarı, şərəfli, qeyrətli və xeyirxah iş qadınıXuraman Muradova - Milan Hospitalın sahibkarı, şərəfli, qeyrətli və xeyirxah iş qadınıXuraman Muradova - Milan Hospitalın sahibkarı, şərəfli, qeyrətli və xeyirxah iş qadınıXuraman Muradova - Milan Hospitalın sahibkarı, şərəfli, qeyrətli və xeyirxah iş qadınıXuraman Muradova - Milan Hospitalın sahibkarı, şərəfli, qeyrətli və xeyirxah iş qadını


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3449   Tarix: 05 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021