Bakıya gözlənilməz ZƏNG - Avropa İttifaqı Qarabağda nədən narahatdır?
"Avropa ittifaqı Şurası regionda təhlükəsizliyin qorunması və etimad atmosferinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Xüsusilə Vətən müharibəsindən sonra biz bu təşəbbüslərin güclənməsinin şahidiyik".
Sonxeber.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Avropa ittifaqı əgər regionda öz nüfuzunu qoruyub saxlamaq və danışıqlarda iştirak etmək istəyirsə, yanlışlıqlara yol verməməlidir:
"Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişel də regiona səfər edib və regionda olan siyasi-iqtisadi spesifika ilə yaxından tanış olub. Dekabrın 14-də 2021-ci ildə keçirilmiş ilk görüşdən sonra cari ilin aprel və mayında da mühüm görüşlər olub və siyasi razılıqlar əldə edilib.
Xüsusilə qeyd etmək istəyirəm ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində Avropa İttifaqı böyük işlər icra edib.
Eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda da Aİ regionda böyük bir fəallıq nümayiş etdirir. Bunun əsas səbəbi iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, kommunikasiya xəttlərinin açılmasından irəli gəlir. "Brüssel sülh gündəliyi" adını almış danışıqlar formatı öz effektivliyi ilə seçilir və tərəflərin maraqlarına da uyğundur. İlk növbədə Azərbaycanın milli maraqları bu danışıqlar formatında nəzərə çarpır.
Lakin Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Ermənistanda səfərdə olarkən "Azadlıq Radiosu"nun Ermənistan bürosuna verdiyi müsahibədə mənafelərimizə uyğun olmayan fikirləri səsləndirməsi danışıqlar prosesinə də mənfi təsirini göstərdi. Çünki vasitəçiliyi öz üzərinə götürən tərəf heç bir vəchlə problemli tərəflər üçün xoşagələn ifadələr səsləndirməməlidir.
Və yaxud hər hansı dövlətdə səfərdə olarkən həmin dövlətin daxili auditoriyasına yönəlik, o dövlətin rəsmilərinin qulağına xoş gələn ifadələr səsləndirirsə, bu, danışıqların və əldə olunmuş razılıqların sıfıra endirilməsi mahiyyətini daşıyır.
Bu baxımdan Aİ əgər regionda öz nüfuzunu qoruyub saxlamaq və danışıqlarda iştirak etmək istəyirsə, bu cür yanlışlıqlara yol verməməlidir. Lakin məhz bu açıqlama rəsmi Bakı tərəfindən böyük neqativlə qarşılandı. Çünki bizim üçün artıq yeni geosiyasi reallıqlar prioritetdir. Yeni geosiyasi reallıqlar dedikdə biz Azərbaycan ərazisində yaşayan ermənilərin siyasi və hüquqi "statusu" ilə bağlı bütün tələblərini rədd edirik və bu, müzakirə predmeti deyil.
Hazırda sərhədlərin delimitasiyası, iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunması və sülh müqaviləsinin imzalanması aktuallıq kəsb edir. Buna görə də ermənilərin hüquqları məsələsi Azərbaycanın daxili işidir və daxili qanunlarımız çərçivəsində bu məsələlər öz həllini tapmalıdır. Ona görə də Aİ prezidenti Şarl Mişelə də düşünürəm ki, bütün bu fikirlər bildirilib. Çünki anons olunan görüş ətrafında da detallar müzakirə olunmalıdır.
Son may görüşündən sonra bildirilib ki, iyul ayının axırı, avqustun əvvəllərində növbəti görüş keçirilə bilər və bu görüşün keçirilməsinin müəyyən detalları və siyasi gündəliyin müzakirə olunması baxımından bu telefon əlaqəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir və regionda sühün dayanıqlılığına xidmət edəcəyi ilə bağlı da ehtimallar güclüdür. Lakin Azərbaycan bir daha öz mövqeyini ifadə etdi, eləcə də qırmızı cizgiləri bəlirlədi.
Maraqlarımıza uyğun olmayan hər hansısa məsələlər siyasi danışıqlar predmetinə çevriləcəksə, bu, dərhal bloklanacaq və rəsmi mövqeyimizin bir daha bəyan olunması ilə nəticələnəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir