Kiyevdə həbs olunan azərbaycanlı: "Məni erməni şərləyib" - FOTO

Kiyevdə həbs olunan azərbaycanlı: "Məni erməni şərləyib" - FOTOVətən müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır.

O, vəkili vasitəsilə "Qafqazinfo"ya müraciət edərək Kiyevdə qanunsuz şəkildə həbsdə saxlanıldığını iddia edib. M.Qasımlı bildirib ki, milliyyətcə erməni olan bir əcnəbi tərəfindən şərlənib:

"Həmin şəxs məni onu döyməklə şərləyib. Amma əllərində heç bir sübut yoxdur. Məni sifarişlə həbsdə saxlayırlar. Qanunsuz silah daşıma, adam qaçırma, adam döymək kimi ittihamlar irəli sürüblər. Şərləyən şəxs də İspaniyaya getdiyi üçün onu məhkəməyə belə çağırmadan iş aparırlar.

Mən özüm Rusiyada yaşayırdım. Müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollandım. Müharibədən sonra isə Ukraynaya gedib işlərimi orada davam etdim. Bir dəfə Azərbaycandan dostum gəlmişdi. Onunla ad gününü qeyd etməyə getmişdik. Bir İspaniya vətəndaşı yaxınlaşdı. Sonradan araşdıranda xəbərim oldu ki, atası ərəb, anası erməni imiş. Bizimlə ingiliscə danışırdı. Tərcümə üçün ofisianta yaxınlaşdı. Ofisiant dedi ki, səninlə tanış olmaq istəyir. Hesabımızı bağladı. Ordan çıxıb başqa yerə getdik. Yolda içkili idim və aramızda söz-söhbət yarandı. Mənə narkotik satmağı təklif etdi. Mən də belə şeylərdən uzaq olmaq üçün onu maşından qovdum".

M.Qasımlı hadisədən 3 ay sonra valyuta yerində pul xırdalayarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirir:

"Şikayət edən şəxs mən bölməyə aparılandan 2-3 saat keçmədən İspaniyaya qayıtdı. Erməni lobbisinin vəkili işə qatıldı, prokurorla görüşdü. Təqsirləndirilən iki nəfər idik. Birinci bizə yüngül ittihamlar yazmışdılar. Sonra məhkəmədə dedilər ki, çölə buraxmaq olmaz, Qarabağ müharibəsində iştirak edib. Prokuror daha 3 ittiham elan etdi.

Ortada heç bir sübut yoxdur. Nə silahda, nə də bıçaqda əl izi var. Qan izi yoxdur. Hakim işimə vəkilsiz, tərcüməçisiz baxır. Diaspor nümayəndələrinə və Ukraynadakı səfirliyimizə müraciət etməyimə baxmayaraq, heç kim işlə maraqlanmır. Ailəmdən Bakıda Xarici İşlər Nazirliyinə gedənlər olub, içəri buraxmayıblar".
Kiyevdə həbs olunan azərbaycanlı: "Məni erməni şərləyib" - FOTOFotoda: Solda Misir Qasımlı

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı Səfirliyi bildirib ki, Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlunun Kiyev şəhərində saxlandıqları və mühakimə olunmaları ilə bağlı səfirliyin məlumatı var:

"Məlumatımıza görə, prosesdə İspaniya vətəndaşı olan ərəb mənşəli şəxs şikayətçi qismində iştirak edir. Prosesə kənar müdaxilələrin olması barədə fakt aşkar edilməyib. Kifayət qədər sübut olmadığı üçün həbs müddəti iyulun ortalarınadək uzadılıb. Səfirlik mühakimə olunanların ailələri və vəkilləri ilə təmasdadır, prosesin mümkün sürətləndirilməsinə dəstək göstərilməsi məqsədilə Ukrayna tərəfinə məktub ünvanlayıb. Yuxarıdakına əlavə olaraq bildirək ki, həbs müddətinin bitməsi tarixindən öncəyə artıq məhkəmə iclası təyin edilib".

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov qeyd edib ki, Misir Qasımlının həbsi İspaniya vətəndaşı tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayətlə bağlı olub:

"Nəzərinizə çatdırım ki, Misir Qasımlı özü və onun ukraynalı vəkili diasporumuza, yəni bizim Ukrayna azərbaycanlıları birləşmiş diasporuna nə yazılı, nə də şifahi müraciət etməyiblər. Bir həftə öncə bizə bununla bağlı məlumat çatıb. Məlumatı aldığımız gün özü və vəkili ilə məsələ ilə bağlı söhbət etmişəm. Bundan sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun hüquqşünası və hüquq-mühafizə orqanları ilə əlaqə yaradaraq məsələni araşdırmışıq. Hazırda Misir Qasımlının vəkili tərəfindən apellyasiya məhkəməsinə müraciət olunub ki, həbslə bağlı qərar ləğv edilsin. Dünən bizə Ədliyyə Nazirliyindən məlumat verdilər ki, iyulun 13-nə Misir Qasımlının məhkəmə prosesi təyin olunub və həmin prosesdə bizim vəkilimiz də iştirak edəcək. Həmçinin təşkilatımızın Misir Qasimlının azadlığa buraxılması ilə bağlı zamin durmasını özündə əks etdirən hüquqi sənəd məhkəməyə təqdim olunacaq.

Bildiyim qədərilə səfirlik bu məsələ ilə bağlı Ukraynanın Ədliyyə Nazirliyinə, Baş Prokurorluğuna və digər hüquq-mühafizə orqanlarına müraciət göndərib. Lakin İspaniya səfirliyi də öz vətəndaşlarının hüquqlarının pozulduğunu düşünür. Məsələnin obyektiv araşdırılması ilə bağlı bütün mövqeyimizi ortaya qoymuşuq. Ümid edirik ki, yaxın zamanda qazimiz azadlığa buraxılar".
Kiyevdə həbs olunan azərbaycanlı: "Məni erməni şərləyib" - FOTOQeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1615   Tarix: 06 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Kamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi

Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib

20 oktyabr
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

20 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr