Avtomobil sahiblərinin işi asanlaşır - Yeni qayda TƏSDİQLƏNDİ

Avtomobil sahiblərinin işi asanlaşır - Yeni qayda TƏSDİQLƏNDİAzərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsi elektronlaşdırılır.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, qeyd olunan şəhadətnamə kağız formasında deyil, elektron informasiya sistemi vasitəsi ilə yoxlanılacaq.

Hazırda "İcbari sığortalar haqqında" Qanuna görə yalnız avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılır. Qanunla tənzimlənən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələri isə kağız formasında bağlanılır.

Müqavilələrin kağız formasında bağlanılması bəzi hallarda bir sıra problemlərin yaranmasına, xüsusilə fiziki təmas olmadan müvafiq icbari sığorta şəhadətnaməsinin əldə edilməməsinə, vətəndaşların saxtakarlıqlarla üzləşməsinə, təminatsız qalmalarına və sığorta müqavilələrində məlumatların dəqiqliyinin təmin edilməməsinə səbəb olur. Məhz bu neqativ halların aradan qaldırılması üçün yeni qanun layihəsi hazırlanıb. Bu Qanun layihəsində Sığorta Bürosunun elektron informasiya sisteminin dövlət orqanlarının elektron informasiya sistemlərinə inteqrasiyasını təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilir.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1414   Tarix: 08 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?

Son zamanlar nömrələrin oğurlanması kimi hallarla qarşılaşan xeyli insan var. Dələduzlar nömrənin birini oğurlayıb vətəndaşdan bunun müqabilində pul tələb edirlər. Təbii ki, nömrə itirənlər də az deyil. Belə olan halda isə vətəndaşın bir çıxış yolu var. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialınd

10 mart
.

MEDİA: Avropa Şurasının hesabatında Azərbaycanda mediaya dair qərəzli mülahizələr var

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib. Qaynarinfo xəbər veri

10 mart
.

Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. xəbər verir ki, paylaşımda deyilir:. "Hər bir qadına möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, tükənməz sevgi, sevinc və ailə səadəti arzulayıram

8 mart
.

Azərbaycan ərazisindən keçməklə Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Rusiya taxılını Ermənistana daşıyan yeddi vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. xəbər verir ki, qonşu ölkəyə ümumilikdə 488 ton taxıl göndərilib. Qatar Böyük Kəsik stansiyasından Gürcüstana keçərək oradan da Ermənistana yol alacaq

9 mart
.

İftar süfrəsi üçün fərqli reseptlər

Axşam.az "Günün menyusu"nda iftar süfrəsinə hazırlaya biləcəyiniz asan yemək reseptləri təqdim edir. Xarço şorbası. Ərzaqlar:. Mal əti -300 qr. Kartof - 1 ədəd. Soğan - 1 ədəd. Yumru düyü - 100 qr. Sarımsaq - 1 diş. Kərə yağı - 60 qr. Tomat pastası - 1 ç Dəfnə yarpağı - 2 ədəd. Nanə qurusu

10 mart
.

Ramazan ayının on səkkizinci gününün iftar vaxtı

Bu gün ramazan ayının on səkkizinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, martın 8-də iftar vaxtı saat 18:54-dədir. İftar duası:. "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli"

8 mart
.

Tibbi-meteoroloji proqnoz açıqlanıb

Tibbi-meteoroloji proqnoz açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

8 mart
.

Sabah hava necə olacaq?

Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinl

10 mart
.

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır"​

10 mart