"Qərb son ukraynalı qalana qədər bizimlə döyüşmək istəyir" - Putin
"Hamı bilməlidir ki, biz hələ döyüşdə ciddi bir işə başlamamışıq. Eyni zamanda, biz sülh danışıqlarını rədd etmirik. Amma onları rədd edənlər bilməlidirlər ki, nə qədər irəli getsələr, bizimlə danışıqlar aparmaq bir o qədər çətin olacaq".
Sonxeber.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimr Putin Kreml parlament rəhbərlərinə Ukraynada davam edən müharibə ilə bağlı danışarkən deyib.
"Mən bilirəm ki, Qərb son ukraynalı qalana qədər bizimlə döyüşmək istəyir. Onlar bilməlidirlər ki, cəhd etmək xoşdur, lakin bu, Ukrayna üçün yalnız faciə gətirəcək. Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Nə deyə bilərsən... Gəlsinlər sınasınlar və nə baş verdiyini görək".
Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara da toxunan Putin qeyd edib ki, Qərb çörək üçün mübarizə aparmaq və xalqı ruhdan salmaq məqsədinə nail ola bilməyib. Bununla belə, o, sanksiyaların çətinliklər yaratdığını etiraf edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1059 Tarix: 08 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqələrini daha da möhkəmlədir
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında dediyi kimi: "TDT bizim üçün əsas beynəlxalq təşkilatdır
16 mayƏbədiyaşar lider - Heydər Əliyev
Düz 103 il əvvəl may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev anadan olmuşdur. Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ilə yaxı
7 mayBakıdan Avropaya xəbərdarlıq
Avropa Siyasi Birliyinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən 8-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı yalnız regional sülh gündəliyinin təqdimatı ilə məhdudlaşmadı, həm də Avropanın iki əsas institutuna - Avropa Parlamenti və Avropa Şuras
5 mayXalqımızın xilaskarı - Heydər Əliyev
XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. May ayının 10-da 103 yaşını qeyd edəcəyimiz xalqımızın dahi şəxsiyəti
7 may