Boris Consonun yerinə daha bir namizəd
Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının rəhbəri postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu, uğur qazanacağı təqdirdə ölkənin növbəti Baş naziri olacağını açıqlayıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında yazıb:
"Mən özümü Mühafizəkarlar Partiyasının növbəti lideri və Baş naziriniz olaraq təqdim edirəm. Gəlin etimadı bərpa edək, iqtisadiyyatı yenidən quraq və ölkəni birləşdirək".
Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.
Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və onun həmkarı, səhiyyə naziri Sacid Cavid artıq istefa veriblər.
Həmçinin Britaniya Parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Tom Tuqendhat da hakim Mühafizəkarlar Partiyasının lideri və nəticədə Böyük Britaniyanın Baş naziri postuna namizədliyini irəli sürüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1161 Tarix: 08 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır. "Report" xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib. "Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərki
19 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyulGecələr tərləmənin beş səbəbi: Həkimdən açıqlama
Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. -ın xəbərinə görə, bu barədə ümumi praktika həkimi Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Amir Xan bu vəziyyəti yaradan səbəbləri açıqlayıb. Mütəxəssisin sözlərinə görə, gecə tərləməsi menopauza və perimenopauza
18 iyulSüni intellekt artıq dünyanı məhv etməyə başlayıb - Yeni ARAŞDIRMA
Süni intellekt infrastrukturunun inkişafı təkcə texnoloji irəliləyiş deyil, həm də ciddi ekoloji problemə çevrilir. Süni intellektin sürətli inkişafı güclü hesablama sistemlərini dəstəkləmək üçün getdikcə daha çox məlumat mərkəzlərinin yaradılmasını tələb edir. Lakin texnoloji tərəqqi ilə yanaşı, ekoloj
19 iyul