İlon Mask "Twitter"i almaqdan imtina etdi
Amerikalı iş adamı İlon Mask "Twitter"lə 44 milyard dollarlıq müqaviləni ləğv etmək qərarına gəlib.
İyulun 8-də iş adamının vəkili Mayk Rinqler sosial şəbəkənin rəhbərliyinə bununla bağlı müvafiq məktub göndərib.
Hüquqşünasın verdiyi açıqlamaya görə, müqavilənin ləğvi "Twitter"in biznes nöqteyi-nəzərindən platformanın perspektivlərinin obyektiv qiymətləndirilməsi üçün etibarlı məlumat verməkdən imtina etməsi ilə bağlıdır. Rinqlerin sözlərinə görə, əldə edilən məlumatlar ya natamam, ya da şübhəli olub.
Üstəlik, Maskın komandası məhsulunu daha əlverişli şəkildə təqdim etmək üçün "Twitter"in mümkün statistik maxinasiyalarına da işarət edib. Belə ki, rəsmi olaraq sosial şəbəkədə spam hesabların nisbətinin 5%-i ötmədiyi güman edilir, lakin bunu təsdiqləmək mümkün deyil.
Bu arada "Twitter"in Direktorlar Şurası Maskın razılaşmadan çıxmasını təsdiqləməyib, çünki şirkətin səhmləri danışıqlar zamanı ciddi şəkildə dəyər itirib./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 678 Tarix: 09 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır. "Report" xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib. "Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərki
19 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyulGecələr tərləmənin beş səbəbi: Həkimdən açıqlama
Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. -ın xəbərinə görə, bu barədə ümumi praktika həkimi Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Amir Xan bu vəziyyəti yaradan səbəbləri açıqlayıb. Mütəxəssisin sözlərinə görə, gecə tərləməsi menopauza və perimenopauza
18 iyulSüni intellekt artıq dünyanı məhv etməyə başlayıb - Yeni ARAŞDIRMA
Süni intellekt infrastrukturunun inkişafı təkcə texnoloji irəliləyiş deyil, həm də ciddi ekoloji problemə çevrilir. Süni intellektin sürətli inkişafı güclü hesablama sistemlərini dəstəkləmək üçün getdikcə daha çox məlumat mərkəzlərinin yaradılmasını tələb edir. Lakin texnoloji tərəqqi ilə yanaşı, ekoloj
19 iyul