30 ildə Minsk Qrupu 30 kəlməlik iş görmədi - Akar
Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir.
Sonxeber.az Report-a iatinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Haber Global" telekanalı əməkdaşının 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sualını cavablandırarkən deyib.
"Azərbaycan bizim qardaşımızdır. Bu mövzuda kimsənin tərəddüdü olmasın. Biz həqiqətən də iki dövlət, bir millətik. Xüsusilə də biz 44 günlük uğurlu əməliyyatdan (Vətən müharibəsi nəzərdə tutulur - red.) sonra azərbaycanlı qardaşlarımızla demək olar ki, bütövləşdik. Bu məsələdə (işğal dövründə - red.) biz gerçəkdən illərlə azərbaycanlı qardaşlarımızın bütün iztirablarını hiss etdik. 30 ildən bəri ATƏT-in Minsk qrupu və başqaları Azərbaycan torpaqlarının işğaldan azad edilməsində 30 kəlməlik iş görmədi. Bir milyondan çox qaçqın olmasına, Xocalı və başqa soyqırımların baş verməsinə, torpaqların 20 faizinin işğal edilməsinə baxmayaraq heç bir şəkildə heç kim tükünü tərpətmədi. Lakin baş verənlərlə bağlı iki məqam da var. Birincisi, Azərbaycan tək deyil. İkincisi oradakı qardaşlarımızın "yetər artıq" deməsi ilə Azərbaycan fəaliyyətə başladı. Cənab İlham Əliyevin liderliyi ilə toparlanan, çalışan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində böyük zəfərlə yanlış hesabları yoluna qoydu", - o, əlavə edib.
Nazir bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da iki ölkənin əlaqələri dərinləşərək genişlənir:
"İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işlər davam edir. Tək ordu halında fəaliyyət göstəririk. Ərazilərin minalardan təmizlənməsi istiqamətində əlimizdən gələni edirik".
Nazir Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin üçüncü tərəfə qarşı olmadığını deyərək, əlavə edib:
"İki ölkənin əməkdaşlığı üçüncü dövlətə qarşı deyil. Əksinə, bu, Cənubi Qafqazın təhlükəsizliyi üçündür. Bu, regionda hər kəsin xeyirinədir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 836 Tarix: 09 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı
12 iyunAvropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen
2 iyulİƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin
25 iyunƏli Əsədov Denis Afanasyevi qəbul edib
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını
25 iyunBir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca
25 iyun"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT
"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa
30 iyun