Ermənistan ordusundakı dəyişikliklərin əsl məqsədi nədir?

Ermənistan ordusundakı dəyişikliklərin əsl məqsədi nədir?Xatırladaq ki, iyulun 7-də Ermənistan parlamenti "Müdafiə haqqında" qanuna, eləcə də digər əlaqədar qanunlara əlavələr paketini təsdiqləyib. Dəyişikliklərə əsasən, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan sonra müdafiə nazirinin birinci müavini statusuna malik olacaq. Dəyişikliklərə əsasən, Silahlı Qüvvələrin Baş Qərargah rəisi müdafiə nazirinin birinci müavini olmalı olsa da, sonuncu olmadıqda nazir funksiyasını yerinə yetirməyəcək. Hesabatlılıq müdafiə satınalmalarına da şamil olunacaq. Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahından maddi təminat məsələlərini çıxaracaq ki, amiya rəhbərliyi iqtisadi məsələlərdən azad olsun və diqqətini müdafiə tapşırıqlarına yönəltsin.

Vətən Müharibəsində və ondan sonrakı ilk 20 gün ərzində, hər gün orta hesabla 150000 hektar, ümumilikdə isə 64 gündə 1milyon hektar ərazidən qovulan erməni ordusunda struktur dəyişikliyi baş verib. 18 ay sonra Ermənistanın rəhbərliyi əzilib alçaldılan işğalçı orduda müəyyən dəyişikliklər həyata keçirmək qərarına gəlib. Təbii ki, erməni tərəfi bu məsələyə fərqli don geyindirməyə çalışacaq.

Amma bu dəyişikliklərin əsas məqsədi erməni ordusunda müharibə zamanı baş verən uğursuzluqları yaradan səbəbləri aradan qaldırmaqdan ibarətdir. Bu isə çox böyük vəsaitlər tələb edir. Ermənistan Baş Qərargah rəsinin vəzifəsini Müdafiə Nazirinin müavini vəzifəsi ilə əvəz etmək istəyir.

Birincisi, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda və Ermənistanda Baş Qərargah rəisi elə Müdafiə nazirinin 1-ci müavini idi. Bunu protokol qaydalarından və ya rəsmi saytlarda rəhbər şəxslərin siyahısından da görmək mümkündür.

İkincisi isə, vəzifənin adını dəyişməklə problem həll etmək mümkün olsaydı, bunu məğlub ölkələr və ya fərari orduya malik ölkələr çoxdan edərdilər.

Baş verən dəyişikliklər, Ermənistan rəhbərliyi müharibə zamanı ordularının döyüş qabiliyyətinin aşağı olmasını şəxsi heyətin döyüş ruhunun və döyüş hazırlığının zəif olması ilə deyil, alınan silahların köhnə və yarasız olması ilə əlaqələndirmək niyyətindədir. Bu silahları isə Ermənistan Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsi və onun tabeliyində olan satınalmalar şöbəsi alıb. Son ştat strukturunda dəyişiklik etməklə Ermənistan rəhbərliyinin ordu üçün silah alınması səlahiyyətlərini Baş Qərargahın və onun tabeliyində olan Arxa cəbnə idarəsinin kurasiyasından çıxarmaq niyyətindədir. Buna Ermənistana müxtəlif leqal və qeyri leqal yollarla silah gətirən, hazırda isə şübhəli silah alınması əməliyyatalarına görə həbs edilən, sonradan isə azad edilən, "Patron Davo" kimi tanınan David Qalstyanın işi ilə bağlı davam edən korrupsiya faktlarını və erməni ordusunun uğursuzluqlarını araşdıran deputat komisiyasının verdiyi rəy ilə də əlaqələndirmək çətin deyil.

Başqa sözlə desək, Ermənistan hakimiyyəti orduda mövcud olan korrupsiya elementlərinin olduğundan xəbərdardır, lakin bunu sübut edə bilmir və ya istəmir.

Bunu aradan qaldırmaq üçün hökümət satınalmaları Baş Qərargahın əlindən alır və onu gələcəkdə mərkəzləşdirilmiş halda öz əlinə keçirmək istəyir. Hökümət dəyişikliklə etməklə "korrupsiya ilə mübarizə" görüntüsü də yarada bilər.

Digər tərəfdən isə Ermənistanı gözləyən hadisələr kimsəyə sirr deyil. Yaxın perspektivdə İrəvan Laçın dəhlizi, Laçın şəhəri və onun 6 kəndi, orta perspektivdə rusların müvəqqəti nəzarətində olan ərazilər, uzaq perspektivdə isə Azərbaycana vurulan ziyana görə kompensasiya və Şərqi Zəngəzurun taleyinə aydınlıq gətiriləcək. Təbii ki, yaxın onillikdə Ermənistan hakimiyyətini kim və hansı siyasi qüvvə ilə təmsil olunmasından asılı olmayaraq, Vətən Müharibəsi ilə başlayan narahat günlərin davamı gözləyir. Buna görə də gələcəkdə baş verə biləcək fors-major vəziyyətlərin qarşısını almaq üçün Paşinyan, ona qarşı üsyan edənlərin 80 faizinə hələ də rəhbərlik edən Silahlı Qüvvələrin ən yüksək rütbəli məmurunu, Baş Qərargah rəisini siyasi proseslərdən uzaqlaşdırmağa çalışır. Əslində bu ideya Paşinyanda Onik Qasparyanın rəhbərlik etdiyi usyandan sonra yaranıb, bunu məğlub ölkədə uzun müddət Baş Qərargah rəisi vəzifəsinin vakant olması da sübut edir.

İndi isə qanun dəyişdiriləcək, aylardır boş qalan vəzifəyə ən qısa müddətdə təyinat olacaq. Sanki bu dəyişikliyi konkret şəxsə görə həyata keçirilib. İstənilən halda qərarın siyasi motivi də göz qabağındadır: orduya nəzarət mərkəzləşdirilir, orduda qərarları isə Paşinyana sadiq Suren Papikyan verəcək. Bundan başqa erməni ordusu üçün istənilən irihəcmi satınalmalar yalnız Paşinyanın razılığı, Papikyanın qərarı ilə həyata keçiriləcək.

Ermənistan Konstitusiyasına görə Silahlı Qüvvələr yalnız müharibə dövründə Ali Baş Komandana tabedir, amma Ermənistan müdafiə naziri qanunlarda və ştat strukturunda dəyişiklik etməklə Baş Qərargah rəisini özünə və Ali Baş Komandana tabe etdirməyə çalışır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1752   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr