Bundan sonra Ermənistanda hər şey Türkiyənin diktəsi ilə olacaq

Bundan sonra Ermənistanda hər şey Türkiyənin diktəsi ilə olacaqSonxeber.az xəbər verir ki, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı 4 görüş keçirilib. Amma ortada hələ də konkret müsbət nəticə yoxdur. Türkiyəyə qarşı ərazi və saxta soyqırımı iddiası olan Ermənistanla qısa zamanda barışığın əldə edilməsi gözlənilirmi?

- Əslində burada problem Ermənistanla bağlıdır. İllərdir xəstəliyə düçar olmuş bir toplumun birdən-birə dörd görüşlə hansısa bir nəticəyə nail olması da çətindir. Ola bilsin 10 və ya 20 dəfə belə görüş olsun ki, bəlkə bir müsbət nəticəsi hasil edilsin. Əgər qısa zamanda nəsə əldə etmək asan olsaydı, Azərbaycan Ermənistana təsirli addımla buna nail olardı. Çünki Ermənistanda xəstə bir təfəkkür hökm sürür. Görünən də odur ki, onları sağaltmaq qeyri-mümkündür. Siz təsəvvür edin ki, bu gün Türkiyə ilə münasibətləri normallaşdırmaqdan danışan Ermənistanın qardaş ölkənin 4 vilayətinə qarşı ərazi iddiası var. Ermənistan konstitusiyasında bu məsələ öz "əksini" tapıb. Ağrı dağı "Ararat dağı" adı altında erməni cəmiyyətinə sırınır. Ona görə də, birdən-birə bu düşüncəni erməni cəmiyyətindən uzaqlaşdırmaq çox çətindir.

- Belə olan halda Ermənistan iqtidarının Türkiyə ilə barış istəyinə necə səmimi yanaşmaq olar?

- Bu gün Ermənistanda olan yeni iqtidar ölkəni böhrandan qurtarmaq üçün Türkiyə kimi güclü bir qonşu ilə dil tapmağa çalışır. Amma Ermənistan iqtidarının da bu barədə çətinliyi var. Çünki cəmiyyəti normal düşüncə ilə başa salmaq olmur. Bu cəmiyyətin çoxluğu xəstə düşüncədədir. Ona görə də, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması və münasibətlərinin normal qaydaya düşməsi bir sıra çətinliklərlə üzləşir. Sözsüz ki, bu gün Ermənistan bazarında türk məhsulları satılır. Həmçinin Ermənistanda bir fobiya var ki, Türkiyə ilə sərhədləri açdıqdan sonra iqtisadi asılılığa düşəcəklər. Onlar hesab edir ki, Türkiyə iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi Ermənistan bazarını "ələ keçirəcək", bundan sonra isə Ermənistanda hər şey Türkiyənin diktəsi ilə olacaq. Amma müasir dövrdə cəmiyyətlərin, dövlətlərin belə bir qorxusu olmamalıdır. Çünki real rəqabət daha çox inkişafa yol aça bilər. Bu, bəlkə də daha faydalı olar. Türkiyə bazarlarından yararlanmaqla Ermənistan cəmiyyəti yoxsulluq həddindən çıxmaq imkanı qazanar.

- Nikol Paşinyan son açıqlamalarında Azərbaycanın yeni müharibəyə başlamaq təhlükəsindən bəhs edib. Sülh prosesi reallaşmadıqda, müharibə ritorikasının ciddi müstəviyə keçməsi nə dərəcədə real görünür?

- Azərbaycan əslində hər zaman müharibəyə hazırdır. Ermənistan kimi qonşusu olan bir ölkə müharibəyə hazır olmalıdır. Biz əbədi sülhə hazırlaşa bilmərik. Eyni zamanda Ermənistanın bütün qonşuları daimi olaraq ondan özlərini müdafiəyə hazır olmalıdır. Hətta qonşu Gürcüstan da Ermənistan iddialarına qarşı özünün hərbi hazırlığını yüksək səviyyədə saxlamalıdır. Ermənistanın Gürcüstana olan ərazi iddiaları fonunda bu məsələnin də nə dərəcədə ciddi əhəmiyyət daşıdığına diqqət çəkmək lazımdır. Ona görə də, Ermənistanla bağlı hər hansı bir ölkənin dincliyinin olması normal bir şey deyil. Ermənistan sülhə gəlməyincə hər an müharibə ehtimalı var. Azərbaycan da müharibəyə məhz buna görə hazırlaşır. Bizim Ermənistan ərazisini işğal etmək niyyətimiz yoxdur. Məqsədimiz qonşumuzla normal yaşamaqdır. Amma anormal bir qonşu ilə biz necə sakit davrana bilərik? Əslində Paşinyan erməni cəmiyyətinə bununla bağlı normal mesaj verməlidir.

- Sülh istiqamətində danışılır, amma Ermənistan tərəfindən heç bir addım atılmır. Bunun fonunda Kəlbəcərlə dövlət sərhədində təxribatlar baş verir. Bu paradoksu necə izah etmək olar?

- Bütövlükdə sülh prosesinin uzanması bizim ziyanımıza deyil. Bu, əslində bizim daha da möhkəmlənməyimiz üçün ciddi vaxt imkanıdır. Digər tərəfdən bütövlükdə Azərbaycanın dayaqlarını da itirmir. Əksinə daha da möhkəmləndirir. Çünki məsələlər bir balaca yoluna düşən kimi arxayınlıq yaranır. Əslində bu hal bizim ayıq-sayıq dayanmağımız üçün də vacibdir. İndi isə biz Vətən müharibəsində qalib gəlmişik. Proseslər bizim tərəfimizdədir. Ermənistanın ərköyünlüyünün cavabını isə özü qarşılayır. Amma ümumilikdə biz çalışmalıyıq ki, proses sülhə doğru getsin. Burada ilk növbədə Ermənistanın özü təşəbbüs göstərməlidir ki, qalib dövlətə qarşı bu cür münasibəti sona qədər qoruyub saxlamaq mümkün olmayacaq. Burada beynəlxalq partnyorlar da Ermənistanla bağlı ciddi reaksiya verə bilər. Çünki götürülən öhdəliklərə bu ölkə əməl etmir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq arenada haqlı mövqeyini daha da gücləndirir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1545   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəhərlərdə gecələr küçəyə çıxmaq yasaqlandı

Fransanı bürüyən kütləvi etirazlar və şiddətli toqquşmalar fonunda hökumət radikal addımlar atmağa başlayıb. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 19-dan etibarən ölkənin şimalında yerləşən Lil şəhərində, eləcə də, ətraf, Vattinyi və Dönen şəhərlərində iki gecəlik komendant saatı elan olunub

20 oktyabr
.

Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb

Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi

20 oktyabr
.

Bu ölkədə iğtişaşların vurduğu ziyan 1 milyard avronu keçdi

Fransadakı kütləvi iğtişaşlar sığorta şirkətləri üçün etirazların yaratdığı ən bahalı hadisələrdən birinə çevrilə bilər. xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib. Morningstar DBRS analitiklərinin fikrincə, sığortaçıların məruz qaldığı itkilər 1,2 milyard avroya çata bilər. Əgə

21 oktyabr
.

Milanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib

İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri

20 oktyabr
.

İran səfiri Almaniya XİN-ə çağırılıb

Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy

19 oktyabr
.

Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb

Son 48 saat ərzində Yəməndəki husilərin Taiz əyalətinə hücumları nəticəsində səkkiz dinc sakin ölüb, daha 26 nəfər isə yaralanıb. "Report"un "Al Jazeera"ya istinadən xəbər verir ki, bu, Yəmən Hüquq və Azadlıqların Müdafiəsi Şəbəkəsinin hesabatında qeyd olunub. Təşkilatın məlumatın

21 oktyabr
.

İran 75 min etirazçını öldürüb - Tramp

İslam respublikası 8 ay ərzində ölkədə 75 min etirazçını öldürüb. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bəzi insanlar iranlıların niyə etiraz etmədiyinə təəccüblənirlər. Küçənin başında pulemyotlar olanda və sizi güllələyəndə etiraz etmək bir az çətin olur", - o əlavə edib

20 oktyabr
.

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"

20 oktyabr
.

Associated Press: "CNN-in aparıcı jurnalisti Kristian Amanpur 43 ildən sonra telekanaldan ayrılır"

CNN-in uzun illərdir fəaliyyət göstərən aparıcısı Kristian Amanpur 43 illik karyerasından sonra telekanaldan ayrılacaq. Karyerasına adi köməkçi vəzifəsindən başlayan Amanpur onilliklər ərzində dünyanın münaqişə bölgələrindən reportajlar hazırlayaraq televiziyanın ən tanınmış müxbir və aparıcılarında

20 oktyabr