İranlı rejissor Cəfər Pənahi həbs edildi
İranlı rejissor Cəfər Pənahi iyulun 11-də həbs edilib.
Bu barədə yerli mətbuat xəbər verib.
Kinematoqrafçı daha iki rejissorun həbsi ilə bağlı etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib. O, Məhəmməd Rəsulof və Mustafa Əliəhmədin azadlığa buraxılmasını tələb edib.
Rəsulof və Əliəhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.
2010-cu ilin martında Pənahi hökumət əleyhinə fəaliyyətə və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz aksiyalarında iştiraka görə həbs edilib və 6 il müddətinə ev dustaqlığına məhkum edilib.
Ona 20 il film çəkmək və müsahibə vermək qadağan edilib. Pənahi ev şəraitində Kann kinofestivalında nümayiş olunan "Bu film deyil" (2011) filmini çəkib.
Ev dustaqlığından azad edildikdən sonra rejissor pasportu hakimiyyət orqanlarının əlində olduğu üçün ölkə xaricinə çıxa bilmir.
2015-ci ildə onun "Taksi" filmi Berlin Film Festivalının "Qızıl Ayı" mükafatını, həmçinin Beynəlxalq Kino Pressa Federasiyasının (FİPRESSİ) mükafatını alıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1436 Tarix: 11 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə iğtişaşların vurduğu ziyan 1 milyard avronu keçdi
Fransadakı kütləvi iğtişaşlar sığorta şirkətləri üçün etirazların yaratdığı ən bahalı hadisələrdən birinə çevrilə bilər. xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib. Morningstar DBRS analitiklərinin fikrincə, sığortaçıların məruz qaldığı itkilər 1,2 milyard avroya çata bilər. Əgə
21 oktyabrKim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər
20 oktyabrBu ölkənin dövlət borcu yeni rekord həddə çatıb
ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, ABŞ-ın milli borcu rekord həddə - 40 trilyon dollara çatdıqdan sonra iki ayda təxminən 400 milyard dollar artıb. xəbər verir ki, ABŞ-ın milli borcu 40 trilyon dollar həddini keçib və oktyabrın əvvəlində bu məbləğə daha dörddə bir trilyon əlavə olunub. Xəzinədarlığı
21 oktyabrUkrayna BVF-yə ikinci ən böyük borclu ölkəyə çevrilib
Ukrayna Beynəlxalq Valyuta Fondunun (BVF) dünyanın ən böyük borcluları siyahısında ikinci yerdədir. xəbər verir ki, BVF-nin məlumatına görə, 2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkənin Fonda 14,5 milyard dollar borcu var idi. Ukraynanın ümumi borc məbləği 10,69 milyard Xüsusi Borclanm
20 oktyabrFransada baş verən iğtişaşlardan sonra 123 nəfər həbs edilib
Fransanın ədliyyə naziri Cerald Darmanin bildirib ki, etirazlar ölkə daxilində iğtişaşlara çevrildikdən sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib. xəbər verir ki, nazir "Europe 1" radiostansiyasına və CNews telekanalına verdiyi müsahibədə bildirib ki, "hazırda 123 nəfər həbsdədir
20 oktyabrNetanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin
19 oktyabrMarneulidə qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb
Gürcüstanın Marneuli bələdiyyəsində (azərbaycanlıların kompakt yaşadığı rayon - red.) ailə üzvlərini nikaha məcbur etmək və məişət zorakılığı ittihamları ilə üç nəfər saxlanılıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki
20 oktyabr