Ayselə partlayışda dəymiş ziyan qarşılandı
"Location" gecə klubunda baş verən partlayışda ağır yaralanıb günlərlə komada qalan bloger Aysel Şükürə dəyən ziyan qarşılanıb.
OLAY yazır ki, bu barədə influenser sosial media hesabında məlumat verib.
O bildirib ki, klubun sahibləri xəstəxana xərcləri daxil, Ayselin partlayış zamanı itirdiyi telefonu da alıblar.
"Partlayışda ağır yaralananlardan idim. Telefonlarım orada qalmışdı və heç biri tapılmadı. Xəstəxanada isə vəziyyətim çox ağır idi, dəfələrlə əməliyyat olunmuşdum. Bu haqda da paylaşım etmişdim ki "Location"un rəhbərliyi mənə dəymiş ziyanı ödəmək istəmir. Nə xəstəxana pulumu, nə də telefonlarımın pulunu ödəmirdilər. Daha doğrusu, sonradan xəstəxana pulunu verməyə razı olmuşdular, amma telefonlarımın pulunu vermək istəmirdilər. Mən də hər kəs kimi haqqımı tələb etmək üçün onlardan şikayət etdim. Onlar da bu gün axır ki, həm xəstəxana pulumu verdilər, həm də yeni telefon aldılar. Düzdür, bunlar mənə dəymiş mənəvi ziyanı heç vaxt qarşılaya bilməz, həm psixoloji travmalarım, həm əsəb sistemim, həm içimə qapanmalarım, yaddaşım... Bunlar ömür boyu mənimlə qalacaq, ancaq bütün əsəblərimi pozduqdan sonra hər şey yenə də mən deyən kimi oldu. Ona görə də hamı haqqın tələb etsin. inşallah, haqq yerini tapsın, əsl günahkarlar cəzasını çəksin! Haqqınızı tələb etməkdən çəkinməyin! Bu arada yenə də hər şeyi mən özüm etdim, tək başına, bu işdə mənə heç kim kömək olmadı. Allah bizi heç kimə möhtac eləməsin".
Qeyd edək ki, Aysel hələ də 3-cü dərəcəli yanıqların sağalması üçün müalicə alır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2097 Tarix: 14 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabrVətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs
21 oktyabrBu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb
20 oktyabrBakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
20 oktyabrSumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun
20 oktyabrUşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidir
Uşaq bağçalarında qida təhlükəsizliyinin təmin olunması uşaqların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qidaların keyfiyyəti, saxlanma və hazırlanma şəraiti, eləcə də uşaqların qidalanmasına nəzarət mümkün zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynayır. Uşaqlard
20 oktyabrPensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Azərbaycanda bəzi kateqoriyadan olan şəxslərə əməkhaqlarının 80 və ya 100 faizi həcmində pensiya təyin edilməsi pensiya sistemindəki güzəştləri, sosial ədalət prinsipini və dövlət büdcəsinə düşən yükü yenidən gündəmə gətirir. Xüsusi kateqoriyalar üçün nəzərdə tutulan bu mexanizmlər xidmətin xarakteri
20 oktyabr