"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nə icraçı direktor təyin olunub
"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nə icraçı direktor təyin olunub.
AZƏRTAC xəbər verir ki, Mərkəzin Müşahidə Şurasının qərarı ilə Samir Mahmudov Mərkəzin icraçı direktoru təyin edilib.
Samir Mahmudov 1987-ci ildə anadan olub. 2009-ci ildə o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə magistr pilləsini Konstitusiya hüququ ixtisaslaşması üzrə bitirib. 2015-2016-cı illərdə ABŞ-ın Nyu-York ştatında yerləşən Sirakuz Universitetinin Hüquq Kollecində hüquq üzrə magistratura pilləsində təhsilini davam etdirib.
Samir Mahmudov həqiqi hərbi xidmətini 2011-ci il başa vuraraq əmək fəaliyyətinə prokurorluq orqanlarında başlayıb. 2011-2013-cü illərdə Nizami Rayon Prokurorluğunda prokuror köməkçisi, 2013-2015-ci illərdə isə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində prokuror və böyük prokuror vəzifələrində fəaliyyət göstərib, eyni zamanda, Fransanın paytaxtı Paris şəhərində yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Korrupsiyaya qarşı mübarizə məsələləri üzrə ekspert qismində çalışıb.
ABŞ-dan qayıtdıqdan sonra Samir Mahmudov 2016-2021-ci illərdə OMNİ hüquq şirkətində hüquqşünas, böyük hüquqşünas və baş hüquqşünas vəzifələrində çalışaraq hüquqi xidmətlər göstərib. 2021-ci ilin iyul ayından yeni vəzifəyə təyin edilənə qədər "BONAFİDE" hüquq şirkətinin idarəedici partnyoru qismində çalışıb.
Samir Mahmudov 2018-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin BDU-nun mülki hüquq kafedrasının və ADA Universitetinin müəllimidir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1048 Tarix: 15 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr