Vətən müharibəsi şəhidinin övladı həkim səhlənkarlığının qurbanı olub? - YENİLƏNİB + AÇIQLAMA + FOTO
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladının faciəvi şəkildə ölümü ilə bağlı detallar bəlli olub.
Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən vəfat edən uşağın yaxın qohumları qeyd ediblər ki, Hüseyn xəstəxanaya yeriyərək gedib və onun səhhətində öskürəkdən başqa heç bir problem olmayıb:
"Həkim müdaxilə zamanı uşağı ayağından tərs şəkildə tutmağı tələb edib və qaşıqla onun bozağındakı şokolad kağızını çıxarmaq istəyərkən qida borusu deşilib. Müdaxilə zaman Hüseyn keçinib".
Gəncə Birləşmiş Şəhər Xəstəxanasının tabeliyində olan Uşaq xəstəxanasından Oxu.Az-a verilən açıqlamada isə bildirilib ki, uşaq xəstəxanaya ölümcül vəziyyətdə gətirilib:
"Həkimlər yardım ediblər, lakin xilas etmək mümkün olmayıb".
Xəstəxanadan Hüseyn Cəfərliyə müdaxilə edən həkimin adını öyrənməyə çalışsaq da bu, mümkün olmayıb.
TƏBİB-dən Oxu.Az-a verilən açıqlamada isə bildirilib ki, Gəncə Birləşmiş Şəhər Xəstəxanasının tabeliyində olan Uşaq xəstəxanasına valideynləri tərəfindən 17.07.2022-ci il saat 22:00 radələrində aqonal vəziyyətdə uşaq (2017-ci il təvəllüdlü) gətirilib. Uşaq təcili olaraq həkimlər tərəfindən müayinə olunub və ona "mexaniki asfiksiya, tənəffüs yolunda yad cisim" şübhəsi ilə yardım göstərilib. Göstərilən yardımlara baxmayaraq, uşaq saat 22:20 radələrində vəfat edib.

10:18
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb.
Sonxeber.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata əsasən, hadisə Gəncə şəhərində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü Hüseyn Cəfərli 17 iyul tarixində axşam radələrində şokolad kağızının qida borusunda qalması şübhəsi ilə xəstəxanaya gətirilib.
Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4975 Tarix: 18 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabrBakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
19 oktyabrEldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrBaş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19 oktyabrHərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabrİldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni
20 oktyabr