Gömrük Komitəsində yoxlama - Yeni həbslər gözlənilir
Generalların həbsi və sədr Səfər Mehdiyevin işdən uzaqlaşdırılmasına baxmayaraq, Dövlət Gömrük Komitəsində yoxlamalar davam etdirilir.
Bakupost.az xəbər verir ki, sözügedən audit yoxlaması Dövlət Gömrük Komitəsində aparılan ilk əməliyyatdan sonra başlayıb.
Məlumata görə, indiyə qədər aparılan yoxlamalar nəticəsində Komitədə ciddi qanun pozuntuları aşkarlanıb. Yoxlama bitdikdən sonra Baş Prokurorluqda müvafiq cinayət içinin açılacağı gözlənilir. Bu cinayət işi çərçivəsində yeni həbslərin olacağı da bildirlir.
Yoxlamalarla bağlı əlavə məlumat almaq üçün Hesablama Palatası ilə əlaqə saxladıq.
Qurumdan audit yoxlamasının aparıldığını təsdiqlədilər: "İyunun 7-də Hesablama Palatasında Kollegiya iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı hüquq-mühafizə orqanlarının müraciəti əsasında auditə başlanılması qərara alınıb.
Hazırda araşdırmalar davam edir. Nəticələr tam bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, DTX-nın Gömrük Komitəsində ilk əməliyyatı barədə Bakupost.az hələ 20 iyunda xəbər vermişdi.
Bu xəbər özünü doğrultdu və bir müddət sonra - iyulun 1-də sözügedən əməliyyatla bağlı rəsmi məlumat yayıldı.
DGK-da son əməliyyat isə iyulun 15-də baş tutub. Gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu saxlanıldı.
Bundan sonra isə Prezident DGK-nin sədrini işdən çıxardı.
Maraqlıdır ki, hər həbs gömrük sistemindəki qanunsuzluq, rüşvətxorluqla bağlı yeni faktların açılmasına gətirib çıxarır. Həbslərlə yanaşı Hesablama Palatasınnın yoxlama aparması da qurumla bağlı ciddi qərarların veriləcəyini deməyə əsas verir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı