Bakının məşhur ticarət mərkəzindən qızıl oğurlandı - ANBAAN VİDEO
Paytaxtın Nəsimi rayonunda yerləşən "Moskva" ticarət mərkəzində qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs əvvəlcə qızıl almaq adı ilə dəyəri 2 500 manat olan 1 ədəd üzüyü barmağına taxıb.
Daha sonra o, satıcının başının qarışıq olmasında istifadə edib və qızılı oğurlayaraq hadisə yerindən yayınıb. Ərazidə xidmət aparan Baş Mühafizə İdarəsinin Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verilən kimi hadisəni törədən şəxs qısa zamanda saxlanılıb və ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib.
Şöbədə araşdırma aparılan zaman oğurluq edən şəxsin əvvəllər məhkum edilmiş İlqar İmranov olduğu məlum olub. Onun üzərindən oğurladığı qızıl üzük aşkar edilərək götürülüb. İlqar İmranovun oğurluq etməsi ticarət mərkəzinin təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən də eyni üsulla 1 ədəd dəyəri 1 000 manat olan qızıl üzük oğurladığı məlum olub.
Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində "Moskva" ticarət mərkəzində baş verən daha bir oğurluq hadisəsini törədən şəxs qısa zamanda saxlanılıb. Belə ki, qızıl piştaxtalarından birindən satıcının ani diqqətsizliyindən istifadə edərək 1 ədəd dəyəri 1300 manat olan brilyant üzüyü oğurlayan şəxs ərazidə xidmət aparan mühafizə polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı onun əvvəllər də dəfələrlə oğurluq və digər cinayətlər etdiyi üçün məhkum edilmiş Ayaz Osmanov olduğu məlum olub. Onun üzərinə baxış zamanı oğurladığı üzük aşkar edilərək götürülüb.
İlqar İmranov və Ayaz Osmanovun digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı