DYP-dən hüquqi şəxslərə və dövlət qurumlarına MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib.
Bu barədə Oxu.Az-a idarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
O bildirib ki, hüquqi şəxslərin, eləcə də dövlət qurumlarının istifadəsində olan avtomobillərin hər hansısa fiziki şəxsin idarəetməsinə verilməsi, habelə həmin sürücü barədə lazımi məlumatlar və ya həmin məlumatlara edilən dəyişikliklər olduğu halda (şəxsin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefonu, olduğu halda elektron ünvanı, sürücülük vəsiqəsinin nömrəsi) 3 gün ərzində aidiyyəti üzrə DYP-nin mərkəzi informasiya bazasına ötürülməsi tələb olunur:
"Belə ki, vaxtında məlumat təqdim etməyən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, və yaxud da dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin iştirakı ilə inzibati xətanın törədilməsi zamanı onu idarə etmiş şəxsin barəsində DYP-nin sorğusu daxil olubsa, həmin vaxtdan 5 gün müddətində qeyd etdiyimiz kimi hüquqi şəxs və ya dövlət orqanı sürücü barəsində məlumat vermədikdə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən vəzifəli şəxslər üçün 150, hüquqi şəxs üçün isə 300 manat məbləğində cərimə halı nəzərdə tutulan məsuliyyətə cəlb ediləcəyini bilməlidir. Bir daha bu kateqoriyaya aid olan şəxslərə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyi, qanunun aliliyi prinsipini unutmamağı, sadə vətəndaşlar arasında narazılıq yaratmamağı və ən əsası yol hərəkəti qaydalarını pozaraq məsuliyyətdən yayınmağı düşünüb dövlətin qanunla qorunan tələblərinə hörmətsizlik edib, nizam-intizama xələl gətirəcək addımlardan çəkinməyi xahiş edirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1108 Tarix: 18 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabrBakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
19 oktyabrEldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrBaş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19 oktyabrHərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabrİldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni
20 oktyabr