Prezidentin xüsusi nümayəndəsi: "Qarabağa böyük qayıdışın şahidi oluruq"
"Bu gün tarixi hadisənin - Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
"Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Məlumdur ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı vətən müharibəsində qələbə qazanıb. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı diləyirəm".
O bildirib ki, müharibədən dərhal sonra Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verilib:
"Zəngilanda da kifayət qədər irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Dəmiryolu, avtomobil yolları tikilməkdədir. Bu yaxınlarda hava limanı istismara veriləcək. İlk olaraq Zəngilanın Ağalı kəndində bərpa olunub. Bu kənd "Ağıllı" kənd konsepsiyasına uyğun qurulub. Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir.
Hazırda ümumilikdə Ağalı kəndinin 1 457 sakini var. Onlarda 1 357 nəfəri bu kəndə yaşamaq niyyətini bildiriblər.
Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək".
Xüsusi nümayəndə qeyd edib ki, ilkin mərhələdə kənd sakinlərinin Ağalıda yaşaması üçün bütün infrastruktur qurulub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Naxçıvana uçuşlar ləğv olunub - SƏBƏB
Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
Yasəmən qoxusu hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssisdən açıqlama
"Sandıqdakı qardaşım" - Aysel İbrahimli
Bu balıqları heç vaxt YEMƏYİN
Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var - Video
14 yaşlı şagird futbol oynayarkən həyatını itirdi
Vəfat edən əri ilə bağlı paylaşım etdi - Video
Dövlət məmurunun evini görənlər şok olur - VİDEO
Yağışla bağlı XƏBƏRDARLIQ: Nə zamana kimi davam edəcək?
Zamin duran şəxsləri hansı risklər gözləyir? - Vəkil açıqladı
Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bakının bu ərazisində tikilən evlər söküləcək - VİDEO
Trampın Çin səfərində diqqətçəkən kreslo detalı - VİDEO
Bıçaqlandığını hiss etmədən yoluna davam etdi - VİDEO