Oğlunun toyunda kürəkənini qətlə yetirən şəxsə HÖKM OXUNDU - VİDEO

Oğlunun toyunda kürəkənini qətlə yetirən şəxsə HÖKM OXUNDU - VİDEOOğlunun toyunda kürəkənini qətlə yetirən şəxsin cəzası məlum olub.

Məhkəmə iclasında Mehdi Abdullayev ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdi Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, sözügedən qətl 2021-ci il martın 14-də Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Belə ki, həmin ilin martın 14-ü saat 17 radələrində Mehdi Abdullayev oğlu Nəriman Abdullayevin evlənməsi münasibətilə ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə məclis təşkil edib.

Kürəkəni Taleh Mirzəyevin öz evlərinə getməsi ilə bağlı hamilə vəziyyətdə olan həyat yoldaşı Günay Mirzəyevaya etdiyi təkliflərini, sonuncu rədd etdiyinə görə uca səslə onunla mübahisə edib. Ev yiyəsi Mehdi Abdullayev məclis iştirakçılarının bundan narahat olduqlarını görüb, kürəkənini kənara çəkərək, etdiyi hərəkətlərin düzgün olmadığını, qonaqlardan ayıb olduğunu deyib, onu sakitləşdirməyə çalışıb. O, axşam saat 8 radələrində Taleh Mirzəyevin yenə də öz hərəkətlərindən əl çəkməyib qızının, həmçinin digər ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini görüb, bundan əsəbiləşib. Buna görə də dəhlizdə Taleh Mirzəyevə arxadan yaxınlaşaraq, bıçaqla onun boyun nahiyəsinə bir dəfə zərbə endirib və bu hərəkəti ilə onu qəsdən öldürüb.

İş üzrə dindirilmiş Mehdi Abdullayev bildirib ki, Taleh Mirzəyev böyük qızı Günayla evli olub. Kürəkəni taksi fəaliyyəti ilə məşğul olub və mütəmadi spirtli içki qəbul edib. Onların münasibəti əvvəllər yaxşı olub, amma sonradan Talehin telefonda başqa qızla danışmasına görə aralarında narazılıq yaranıb. Günlərin bir günü Taleh ona zəng edib, gəl qızını apar, səhərə qalsa, diri qalmayacaq, onu öldürəcəm deyib. Buna görə də oğlu ilə kürəkəninin yaşadığı evə gediblər. Mübahisə zamanı Taleh yumruq zərbəsi ilə onu vurub, yerə yıxıb. Oğlu yeznəsini vurmaq istəsə də, qızı aralarına girib, bunun qarşısını alıb.

Axırıncı dəfə Taleh Günayı hamilə vəziyyətdə döydüyünə görə qızı 2021-ci ilin əvvəllərində onların evinə gəlib. Günay boşanmaq qərarına gəlib. Oğlunun toyu ilə əlaqədar martın 14-də evdə 16 nəfərdən ibarət yığıncaq təşkil edib. 4-5 gün əvvəlcədən Talehin atasına zəng edib, qonaq dəvət etsə də, o gəlməyib. Günay Talehin COVID-19 virusuna yoluxduğuna görə yığıncağa gəlməyəcəyini söyləyib. Amma gözlənilmədən kürəkəni əlində gül dəstəsi ilə onlara gəlib. Evlənən cütlüyü təbrik edib, kişilər əyləşən otağa keçib. Bir saatdan sonra Talehin dəhlizdə yüksək səslə yoldaşının üstünə qışqırmasını eşidib. Yaxınlaşıb kürəkəninə səsiniz aləmi götürüb, keçin içəridə danışın deyib. Evində xeyir iş olmasını söyləyərək, qızı ilə mübahisə yaratmamasını xahiş edib. Lakin Taleh israrla Günayın mütləq öz evlərinə getməli olduğunu bildirib. O mətbəxə keçib, qadınları sakitləşdirib və onlara otaqlarına keçmələrini tapşırıb. Bıçağı götürüb, qonaq otağına qayıdıb. Oğlunun xeyir işinin sonda qanla qurtarmasını istəməsə də, kürəkəni ona başqa çıxış yolu qoymayıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1758   Tarix: 20 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Bayramov niyə nazir təyin edildi?

Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib

20 oktyabr
.

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan

19 oktyabr
.

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs

19 oktyabr
.

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs

19 oktyabr
.

Vətəndaş "Nar" operatorunun əməkdaşından şikayətçidir: "Dərdini kimə deyəsən?"

Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, "Nar" mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib. -nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığın

20 oktyabr
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

20 oktyabr
.

Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb

20 oktyabr
.

İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI

İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni

20 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr