Ölkədə hansı qurumlarda maska tələbi məcburi olub? - AÇIQLAMA

Ölkədə hansı qurumlarda maska tələbi məcburi olub? - AÇIQLAMASon günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edib. Müvafiq tövsiyələrlə bağlı bu gündən Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinin göstərişi ilə bütün məhkəmə xidmətlərindən istifadə edənlər üçün maskadan istifadə məcburi edilib.

Oxu.Az ölkədə digər qurumlarda maska tələbi ilə bağlı hər hansı məcburiyyətin tətbiq edilib-edilmədiyi ilə bağlı sorğu keçirib.

Sorğumuza cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, ölkənin Səhiyyə Qurumları son zamanlar müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi tövsiyə edib. Səhiyyə Nazirliyinə daxil olan şəxslər də bu tövsiyəyə uyğun olaraq maskadan istifadə edirlər.

Mədəniyyət Nazirliyindən bildirilib ki, hələ ki, belə bir tələb qoyulmayıb.

"Azərsu" ASC-dən sorğumuza cavab olaraq bildirilib ki, maska tələbi ilə bağlı tövsiyələr nəzərə alınır, lakin hələ ki heç bir məcburiyyət yoxdur.

Dövlət Sərhəd Xidmətindən isə bildirilib ki, Xidmətin əməkdaşları arasında COVİD-19 xəstəliyinə kütləvi yoluxma halları qeydə alınmayıb. Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tövsiyələri əsasında şəxsi heyət arasında maarifləndirmə işi aparılaraq vəziyyət nəzarətdə saxlanılır. Hazırda şəxsi heyətin maskadan istifadə edilməsi məcburiyyət xarakteri daşımır.

"Azəriqaz" İB-nin mətbuat xidmətindən bildirilib ki, Birlik əməkdaşları yoluxma hallarının artması səbəbi ilə sağlamlıqlarını qorumaq üçün könüllü şəkildə tibbi maskalardan istifadəyə üstünlük veriblər. Rəhbərlik tərəfindən heç bir məcburiyyət tətbiq edilməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1770   Tarix: 20 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Bayramov niyə nazir təyin edildi?

Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib

20 oktyabr
.

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan

19 oktyabr
.

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs

19 oktyabr
.

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs

19 oktyabr
.

Vətəndaş "Nar" operatorunun əməkdaşından şikayətçidir: "Dərdini kimə deyəsən?"

Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, "Nar" mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib. -nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığın

20 oktyabr
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

20 oktyabr
.

Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb

20 oktyabr
.

İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI

İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni

20 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr