Vaxtında gəlib, vaxtsız gedən böyük Kapitanla bağlı xatirələr - VİDEO
Qısa ömür yaşadı. Cəmi 41 il. Ancaq bu müddət ərzində çoxsaylı uğurlar əldə etdi Anar Məmmədxanov. 25 yaşında artıq görkəmli ictimai-siyasi xadim idi.
Onu həm də sənətinə görə sevirdi insanlar. Milyonların üzünə təbəssüm bəxş edən əfsanəvi "Bakılı oğlanlar" komandasının şən və hazırcavab kapitanı! O kapitan ki çılğın təbiəti ilə hələ 18 yaşında "Bakılı oğlanlar" komandasını yaradır və tezliklə saysız-hesabsız uğurlar qazanır. Etdiyi zarafatların, çıxışlarının hər cümləsi sətiraltı ifadələrlə dolu idi. Ancaq xaraktercə ciddi və emosional bir insan kimi tanıyardılar onu. Hər şeydən öncə isə Anar Məmmədxanov gözəl ailə başçısı, 3 övlad atası və sədaqətli ömür-gün yoldaşı idi. Xəzər TV-də yayımlanan "Xəbər ertəsi" verilişində unudulmaz kapitanın əziz xatirəsinə həsr edilən süjet efirə gedib.
Sonxeber.az-ın "xəzər xəbər"ə istinadən məlumatına görə, Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova bildirib ki, onunla çox gənc yaşlarında bir-birlərini tanıyıblar:
"Anarın yanında özümü çox güclü bir qadın kimi hiss edirdim. Çünki o cəmiyyətə qarşı necə ədalətli idisə, mənə də qarşı elə idi".
Övladları üçün sanki bir həyat müəllimi idi Anar Məmmədxanov. Oğlu İslam Məmmədxanov atası haqqında bildirib ki, onun nəsihətini həyat şüarı kimi qəbul edib: "Atam deyərdi ki, ata nə uğurlar qazanırsa, qazansın, oğul ondan həmişə üstün olmalıdır, yoxsa atanın işi yarımçıq qalar. Onun bu sözlərini əsas tutub daim zirvələrə ucalmaq istəyirəm".
Qızı Məryəm Məmmədxanova isə Anar Məmmədxanovun qızı olmaqla fəxr etdiyini bildirib: "Özünə, fikrinə, ətrafına, ailəsinə, dostlarına sadiq olan bir insan idi. Mən hara gedirəm, orada məni çox xoş qarşılayırlar. Çünki mən məhz Anar Məmmədxanovun qızıyam. Bundan gözəl bir miras təsəvvürümə gətirə bilmərəm".
Həmişə deyərdi ki, bir gün biz Şuşaya qayıdacağıq. Anar Məmmədxanov həm də deyərdi ki, "vaxtında gəlib, vaxtında getmək lazımdır". Ancaq özü vaxtında gəlsə də, vaxtsız getdi bu dünyadan. Ən böyük arzun olan Şuşanın azad olunduğu günü görməliydin, Kapitan!
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1576 Tarix: 20 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anar Bayramov niyə nazir təyin edildi?
Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib
20 oktyabrDTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabrOğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs
19 oktyabrBakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs
19 oktyabrBakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
20 oktyabrBu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb
20 oktyabrİldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni
20 oktyabr