Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Faizlərlə bağlı yeniliklər olacaq

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Faizlərlə bağlı yeniliklər olacaqPrezident İlham Əliyev "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı təsdiq edib.

Strategiyada Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsini məhdudlaşdırılacağı da qeyd edilib. Hazırda ölkədə istifadə edilən nəqliyyat vasitələrinin böyük əksəriyyətinin buraxılış ili köhnədir. Bu gün ölkədə istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisi 4,7%-dir.

Bəs mövcud vəziyyətdə buraxılış ili köhnə olan avtomobillərin utilizasiyası necə aparılacaq? Ümumiyyətlə təsdiqlənən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində köhnə avtomobillərin idxalı və istifadəsini məhdudlaşdırılması necə tənzimlənəcək?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Prezidentin imzaladığı strategiya planı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in bir növ əsaslandırır:

"Əsas hədəf olan "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə çatmaq üçün 2022-2026-cı illərdə zəruri addımlar atılmaldır. Həmçinin bu çərçivədə Azərbaycanın 2030-cu ilə qədər "Yaşıl artım ölkəsi" və təmiz ətraf mühit ölkəsinə çevrilməsi planlaşdırılır. Bunun üçün dövlətin qarşısında bir neçə məqsəd dayanır. Bunlardan biri ölkədə eko-sistemin yaxşılaşdırılmasıdır. Eko-sistemin yaxşılaşdırılması üçün atmosferə buraxılan karbon qazının emissiyasının miqdarının azaldılması istiqamətində konkret addımların atılmasıdır. Bilirsiniz ki, yanvarın 1-dən ölkəmizə idxal olunan ekoloji təmiz avtomobillər ƏDV-dən azad edildilər.

Bu addımı atmaqda əsas məqsəd odur ki, bu avtomobillərə insanların əlçatanlığı təmin edilsin. Vətəndaşlar arasında bu avtomobillərə də maraq artıb. Ekoloji təmiz avtomobil dedikdə bu gün Azərbaycanda hibrid və elektriklə çalışan avtomobilləri nəzərdə tuturuq. Ekoloji avtomobillərin Azərbaycana idxalı ilə bağlı rüsumların bir qədər də enməsi yaxşı olardı".

E.Cəfərov sonrakı mərhələdə ekoloji təmiz avtomobillərə verilən avtokredit şərtlərinin sadələşdirilməsindən danışıb:

"Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya mövcuddur. Bu komissiyanın müxtəlif alt qrupları var. Bu qruplarda bu mövzu ilə bağlı mütəmadi danışıqlar aparılır, yol xəritəsi ötən ilin dekabrında hazırlanıb təqdim edilib. Yol xəritəsində 2022-ci il ərzində görüləcək tədbirlər, ekoloji təmiz avtomobillərin ölkəyə idxalı və istismarının stimullaşdırılması, elektromobillər üçün zəruri infrastrukturun yaradılması, bu növ avtomobillərin vətəndaşlar üçün əlçatan olması üçün konkret bəndlər mövcuddur. Düşünürəm ki, cari ilin sonuna kimi bəzi addımlar atılacaq və biz ekoloji təmiz avtomobillərə verilən kredit şərtlərinin sadələşdirilməsinin şahidi olacağıq. Hazırkı kredit şərtlərində faizlər yüksəkdir və vətəndaşlara sərf etmir. Məndə olan məlumata görə, ekoloji təmiz avtomobillər üçün ilkin ödəniş avtomobilin məbləğinin 20 faizi civarında olacaq.

Daha sonra illik faizlər hesablanacaq. Hazırda illik 15 faiz təklif edilsə də, biz müstəqil ekspertlər bunun 10 faizə endirilməsini təklif etmişik. Vətəndaş ilkin məbləğin 20 faizi ödəsin, daha sonra illik faizləri də 10 faiz civarında olsun ki, insanlar bu avtomobilləri alıb, istifadə edə bilsinlər".

"Hazırda ölkədə istismarda olan avtomobillərin böyük əksəriyyəti köhnəlib. Təsdiq edilən strategiyada da Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsinin məhdudlaşdırılacağı da qeyd edilib. Bu addımlar mənim qeyd etdiyim digər məqamlardan - şərtlərin asanlaşdırılması, ekoloji təmiz avtomobillərin ölkəyə idxalı üstünlük təşkil etdikdən sonra köhnə nəqliyyat vasitələrinin utilizasiyası həyata keçirilməlidir. Utilizasiya prosesi başladıqdan sonra buraxılış ili köhnə olan avtomobillərin ölkəyə girişinin qarşısını ala biləcəyik. Köhnə yararsız nəqliyyat vasitələrinin ölkə ərazisində istismarı bir anda həyata keçirilməyəcək, heç kim bu məqamdan narahat olmasın. Bu, mərhələli proses olacaq. Bizim hələ qarşıda 5 il vaxtımız var. Utilizasiya proqramı da könüllü həyata keçiriləcək, heç kimin avtomobili məcburi əlindən alınmayacaq. Hər kəsə ekoloji təmiz, yeni avtomobillərin əlçatanlığı təmin olunduqdan sonra utilizasiya prosesi başlayacaq",- deyə Eldəniz Cəfərov qeyd edib.

Könül Cəfərli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2556   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu

19 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr