29 il sonra Laçına qayıdan ailənin sevinci - VİDEO

29 il sonra Laçına qayıdan ailənin sevinci - VİDEOLaçının Oğuldərə kənd sakinləri 29 illik həsrətdən sonra doğma yurdlarına gediblər.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra ilk dəfə Laçın ərazisinə ayaq basıblar.

Belə ki, Birinci Qarabağ müharibəsinin veteranı, 54 gün erməni mühasirəsində qalmış mərhum Əli Əliyevin ailə üzvləri – həyat yoldaşı Zeynəb Əliyeva, qızı Turac Əliyeva, oğlanları İmdad Əlizdə, Babək Əliyev və Mirzə Əliyev uzun illərdən sonra doğulub boya-başa çatdıqları Oğuldərə kəndinə gediblər.

Həmin şəxslərin səfəri 19 nəfərin 54 gün davam edən mühasirə həyatından bəhs edən sənədli filmin çəkilişi çərçivəsində baş tutub.

Səfər zamanı doğma kəndlərinə, ata yurdlarına qovuşan yerli sakinlər evlərinin giriş hissəsində göz yaşlarını saxlaya bilməyib.

Oğuldərə kəndi 1993-cü ildə mart ayının 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Düşmən işğal dövründə digər yaşayış məntəqələrimiz kimi, Oğuldərə kəndini də viran qoyub. Ermənilər daşı-daş üstündə qoymayıb, evləri dağıdaraq yandırıblar.

Hazırda kəndin yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatları köçürülüb. Oğuldərədə həyat yenidən canlanır.

Zeynəb Əliyeva deyib ki, Oğuldərə kəndini ilk dəfə 1992-ci ildə tərk edib:

"Düzdür, hər şeyimizi buradan çıxartdıq. Sonra mərhum Əli müəllim "geri – evimə qayıdıram" dedi. Heç kəsin evinə getməyi qəbul etmədi. Narazılıq etdim, lakin razılaşmadı. Həmin ilin oktyabr ayının 1-də müvəqqəti qaldığımız Ömər aşırımından kəndimizə qayıtdıq. Mart ayının 30-da elan olundu ki, Kəlbəcəri ermənilər işğal edib. Hər yerin yolu bağlandı və biz mühasirədə qaldıq. Maşınların biri ilə oğlum Mirzə, Xıdır, qızlarım Turac və Rəhiməni yola saldıq. İmdad, Babək və mən isə kəndi piyada tərk etmək məcburiyyətində qaldıq. Mən yolda gedəndə çox əziyyətlər çəkdim. Ayaqlarım şişdi. Yeridikcə ayaqlarımdan qan gəlirdi. Soyuq havada Ömər aşırımını çətinliklə aşaraq xilas olduq".

"Yolla gedən zaman qorxurdum ki, birdən ermənilər tərəfindən girov götürülərəm. Uşaqlarımdan çox narahat idim. Geridə qalanda uşaqlarım məni gözləyirdi. Lakin onlara deyirdim ki, tez getsinlər, birdən hamımız birlikdə düşmənə girov düşərik. Ömər aşırımını enəndən sonra isə bizi qardaşım qarşıladı. Sonra onların evinə getdik. Hər şeyimiz kənddə qaldı, özümüzlə heç nə aparmadıq, yalnız tək canımızı götürüb xilas olduq. Həyat yoldaşım Əli Əliyev isə kənddən çıxmadı və 54 gün erməni mühasirəsində qaldı. Burada yaxşı evimiz, mal-qaramız, atımız vardı. Hamısı düşmənə qaldı. Burada çox əziyyət çəkmişdik, lakin bizə qismət olmadı. İndi bura gəldik, lakin Əli Əliyev aramızda yoxdur. İnanıram ki, indi onun ruhu şaddır", - Z.Əliyeva vurğulayıb.

Babək Əlizadə söyləyib ki, doğma yurdundan məcburi köçkün düşəndə onun 11 yaşı olub. O, 29 ildən sonra ata evinə qayıtdığı üçün çox sevinclidir:

"Təbii ki, insan bəzən hisslərini ifadə edə bilmir, söz tapmaqda çətinlik çəkir. Ancaq sevincimizin həddi-hüdudu yoxdur. Burada uşaqlıq xatirələrim yadıma düşür. Hazırda özümü kənddən çıxdığım dövrdəki – 11 yaşlı yeniyetmə kimi hiss edirəm. Həmin hissləri yaşayıram. Elə bilirəm ki, həmin dövrdəki Babəkəm. Bu kəndin hər qarışı mənim üçün əzizdir, doğmadır. Amma çox təəssüflər olsun ki, bu günləri atam görmədi. Uşaqlığım bu kənddə qalıb. Burada uşaqlarla yığılıb cürbəcür oyunlar oynayardıq. Kənddə hər fəsilin öz gözəlliyi var".

Turac Əliyeva bildirib ki, Oğuldərə kəndinə 29 ildən sonra gəlmək onun üçün bir yuxudur:

"Elə bilirəm ki, indi sanki bir yuxu görürəm. İnanmazdım ki, 29 ildən sonra doğma yurduma, evimə qayıdam. Bu gün burada qapı-bacamızı təmizlədik, ocağımızı qaladıq, yeməyimizi hazırladıq, samovarımıza köz salıb çayımızı dəmlədik. Uşaqlıq illərində burada oynadığımız əraziləri indi bir-bir gəzdik, dağıdılmış yerlərə baş çəkdik. Yandırılmış evimizi bu vəziyyətdə görmək də bizim üçün xoşdur. Çünki illər sonra evimizə qovuşduq. Nə zamansa bura gələcəyimizi belə düşünmürdük. Düzdür, biz ümidlə yaşayırdıq. Bu gün bunları görmək başqa hissdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Hazırda onların sayəsində doğma kəndimizə gəlmişik".

İmdad Əlizadə bildirib ki, kənd Ermənistan silahlı qüvvələrinin işğalından sonra tamami ilə dağıdılıb:

"Mən 29 il 3 ay 15 gündən sonra birinci dəfədir ki, doğma yurda - Laçının Oğuldərə kəndinə gəldim. Gördüyünüz bu xarabalıqda vaxtı ilə abad kəndin evləri olub. Düşmənin viranəyə çevirdiyi bu ərazidə insanlar sakitcə öz həyatlarını yaşayırdı. Kəndin təbiəti çox gözəldir. Oğuldərə təbiətcə yaxşı yerdə yerləşir. Sakinlər gündəlik qayğıları ilə məğul olurdular. Biz bir göz qırpımında buradan didərgin düşdük. Hazırda kəndin adamları yavaş-yavaş bura gəlirlər. İcazə verildiyi çərçivədə təsərrüfatlarını bura köçürüblər. Bizim ev hazırda dayandığımız ərazinin aşağı hissəsində yerləşir. Burada uzun illər yaşayış olmadığına görə ərazilərdə ağaclar, kol-kos bitib, yol-iz isə itibdir. Məktəbimiz qarşı tərəfdədir. Hələ 1992-ci ildə düşmən bu kəndə gələndə ilk yandırdıqları yerlərdən biri məktəbimiz olub. Təbii ki, evimizdən bir əsər-əlamət qalmayıb, düşmən buranı dağıdaraq yandırıb. Lakin yenə də bura mənim üçün müqəddəsdir".

İ.Əlizadə deyib ki, vaxtı ilə yaşadığı iki mərtəbəli evi Birinci Qarabağ müharibəsinin veteranı, mərhum atası Əli Əliyev öz müəllim maaşı ilə tikib:

"O, burada çox əziyyətlər çəkib. Atam evimizi hissə-hissə tikirdi".

Qeyd edək ki, bir neçə gün əvvəl 1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış şəxslərdən bir qrupu Kəlbəcər və Laçın rayonlarına səfər edib. Onlar 29 il əvvəl hadisələrin baş verdiyi ərazilərə baş çəkiblər.

19 nəfərin 54 gün davam edən mühasirə həyatından bəhs edən sənədli film çəkilir. "Global Media Group"un dəstəyi ilə lentə alınan "Parabüzən" adlı ekran əsərinin ssenari müəllifi "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Mirzəyevdir. Sənədli film tezliklə geniş ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, müharibədə qalmış şəxslərdən biri olan Ə.Əliyev əzablı günlərdən bəhs edən "54 gün erməni mühasirəsində" kitabını yazıb. O, 2017-ci ilin iyul ayının 2-də vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1580   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu

19 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr