ÜST: Koronavirus yayılmaqda davam edir, yeni və təhlükəli variantlar ortaya çıxır

ÜST: Koronavirus yayılmaqda davam edir, yeni və təhlükəli variantlar ortaya çıxır"Omikron" ştamının yüksək dərəcədə yoluxucu alt növlərinin yayılması fonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı Qlobal Vaksinasiya Strategiyasının yenilənmiş versiyasını dərc edib. AZƏRTAC xəbər verir ki, sənədin müəllifləri öz qənaətlərində koronavirus infeksiyasına qarşı immunizasiya üzrə qlobal proqramın həyata keçirilməsindən əldə olunan nəticələrə əsaslanır və statistik məlumatlara istinad edirlər.

COVID-19-a qarşı vaksinlərin tətbiq edilməsinin ilk ilində 19,8 milyon insanın həyatını xilas etməyə nail olunub. Dünya üzrə 12 milyarddan çox doza istifadə edilib ki, bu da ölkələrə orta hesabla əhalisinin 60 faizini vaksinasiya ilə əhatə etməyə imkan verib.

Bununla belə, aşağı gəlirli ölkələrdə yaşlı insanların yalnız 28 faizi və tibb işçilərinin 37 faizi ilkin vaksinasiyadan keçib. 27 ölkədə hələ ki buster və ya əlavə doza kampaniyasına başlanılmayıb, onlardan on biri aşağı gəlirli ölkələrdir.

Yenilənmiş strategiya ölüm və ağır xəstələnmə hallarını azaltmaq üçün ilkin və buster dozaların istifadəsini təklif edir. Strategiya əvvəlki kimi hər bir ölkədə əhalinin ən azı 70 faizinin peyvənd edilməsinə istiqamətlənir. Lakin ilk növbədə tibb işçilərinin 100 faizini və əhalinin ən həssas təbəqələrinin, o cümlədən yaşlıların (60 yaşdan yuxarı) və immun sistemi zəifləmiş və ya yanaşı xəstəlikləri olan insanların 100 faizini peyvənd etmək lazımdır.

"Hətta peyvəndlə 70 faizlik əhatəyə nail olunsa belə, əgər xeyli sayda tibb işçisi, yaşlı insanlar və digər risk qrupları peyvənd olunmamış qalarsa, ölüm halları davam edəcək, səhiyyə sistemləri təzyiq altında olacaq, qlobal bərpa isə risk altında olacaq", - deyə ÜST-nin baş direktoru Tedros Qebreyesus bildirib. "Ən çox risk altında olanların hamısının peyvənd olunması həyatları xilas etmək, səhiyyə sistemlərini müdafiə etmək və cəmiyyətləri və iqtisadiyyatı qorumaq üçün yeganə optimal yoldur".

Yenilənmiş strategiya, həmçinin təkmilləşdirilmiş vaksinlərin hazırlanmasını sürətləndirmək və onlara ədalətli çıxışı təmin etmək məqsədi daşıyır. Mövcud vaksinlər xəstəliyin ağır gedişini və ölümün qarşısını almağa kömək edib, lakin yoluxma hallarının sayının əhəmiyyətli dərəcədə azalmasına gətirməyib.

Virusun yayılmaqda davam etdiyi üçün, onun yeni və təhlükəli variantları, o cümlədən peyvəndlərin effektivliyini azaldan variantları ortaya çıxır. ÜST burun spreyləri kimi daha effektiv və istifadədə daha asan olan peyvəndlərin tədqiqinə və işlənib hazırlanmasına investisiya yatırmağa davam etməyə çağırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1240   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19 oktyabr
.

Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu

19 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr